Naxçıvanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün kurs təşkil edilib
Tarix: 21.08.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Mil-Muğan bölgəsi üzrə rayon şöbələrinin növbəti parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib.
Şirvan şəhərində keçirilən müşavirədə YAP Mərkəzi Seçki Qərargahının Şirvan şəhər, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Beyləqan, Füzuli, Xocavənd və Cəbrayıl rayon şöbələrinin üzvləri iştirak ediblər. Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək YAP-ın Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi hazırlaşdığını bildirib.
Əli Əhmədov deyib ki, YAP əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də bütün gücünü və resurslarını səfərbər edib. Partiyanın bütün yerli strukturları, fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunub.
Son parlament seçkilərindən keçən müddət ərzində ölkəmizdə həyatın bütün sahələrində böyük inkişaf baş verdiyini söyləyən YAP sədrinin müavini qazanılan möhtəşəm uğurların əsasında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin dayandığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, seçkilərdə inamlı qələbə qazanılmasının əsas şərtlərindən biri də səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Partiyanın bu prinsipə daim sadiq qaldığını bildirən Əli Əhmədov YAP-ın böyük insan potensialının seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. “Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahları üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik insanlardır. Hesab edirəm ki, qarşıdakı parlament seçkilərində də siz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, partiyamızın bu resursundan, yəni insan potensialından hər zaman səmərəli istifadə etməyə çalışmışıq. Qələbələrimizin əldə olunmasında partiya üzvlərinin fədakarlığı, əzmkarlığı mühüm rol oynayır”, - deyə Əli Əhmədov qeyd edib.
Müşavirədə, həmçinin bir sıra rayon təşkilatları sədrlərinin hesabat xarakterli çıxışları dinlənilib və müzakirələr aparılıb.
Sonda Əli Əhmədov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə Milli Məclisin deputatı Hadı Rəcəbli iştirak edib.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib
26.09.2020
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub
26.09.2020
Şamil Ayrım: Nikol Paşinyanın davranışlarına baxdıqda onun bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük
26.09.2020
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
26.09.2020
Prezident İlham Əliyev Ukraynanın dövlət başçısına başsağlığı verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info