Turistlərin cəlbinə necə dəstək olmalıyıq?
Tarix: 21.08.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Dünyada “bacasız sənaye” hesab edilən turizm bu gün bir çox ölkələrin gəlir mənbə mənbəyinə çevrilib desək yanılmarıq. Çünki elə ölkələr var ki, öz gəlirini demək olar yalnız turizmdən əldə edir. Bu isə onu göstərir ki, qeyri-neft sektorundan gəlir ölkə üçün çox önəmlidir. Son illər insanların turizmə üstünlük verməsi onların səyahət imkanlarını daha genişləndirib. İnsanlar daha maraqlı ölkələr kəşf etməyə çalışır, ölkələr isə turist cəlbi ilə bağlı rəqabət aparırlar. İnkişaf etmiş turizm ölkəsinə çevrilmənin əsas şərtlərindən biri də məhz turistlərin cəlbi üçün müxtəlif üsullarla onları ölkəyə gəlişini təmin etməkdir. Yəni burada ölkənin təbliği ilə yanaşı, bir sıra kampaniyaların təşkili önəmli əhəmiyyət kəsb edir. Məsələn, belə kampaniyalardan biri kimi Türkiyədə uçuşlarla bağlı həyata keçirilən layihəni göstərmək olar.

Türkiyədən MDB ölkələrinə turizmlə bağlı
dəstək


Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Rusiyada yaşanan iqtisadi böhran səbəbi ilə uçuşların təxirə salınmasının qarşısını almaq, mövcud vəziyyətin turizm sektorundakı təsirinin azaldılması və müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün MDB ölkələrinə tətbiq edilən hər təyyarə üçün 6 min dolar yanacaq dəstəyinin müddətini 1,5 ay uzadıb. Bu dəstəyin tətbiqindən Rusiya başda olmaqla Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Ukrayna və İrandan turizm məqsədilə Antalya Qazipaşa-Alanya, Antalya, Muğla Dalaman, Muğla Milas-Bodrum və İzmir Adnan Menderes hava limanlarına birbaşa (charter) turist səfərlərində aprel və may aylarında turist gətirən A qrupu səyahət agentlikləri istifadə edir.
MTN-in məsləhətçisi Haluk Dursun aprel və may ayları müddətində müsbət təsiri olan bu yardımın hələ bir müddət davam edəcəyini və bunun 15 sentyabr-30 noyabr tarixinədək davam edəcəyini bildirib. Türkiyə Otelçilər Federasiyası rəhbəri Osman Ayık isə bildirib ki, turizmin 12 aya qədər genişləndirilməsini hədəfləyiriksə charter təyyarə səfərlərinə verilən 6 min dollar yanacaq dəstəyi sadəcə MDB ölkələrinə deyil, başda Avropa olmaqla digər turizm bazarlarına da tətbiq edilsin. O həmçinin turizm üçün 12 aylıq müddətin Avropa və digər bazarlar üçün 1 noyabr-30 aprel arasında davam etdirilməsinin vacib olduğunu, eləcə də bu dəstəyin yalnız Antalya, İzmir və Muğladakı ümumilikdə 5 hava limanı ilə məhdudlaşdırılmamasını bildirib. İstanbul, Kapadokya kimi hava limanlarının bu dəstəkdən yararlanmasının vacib olduğunu deyən O.Ayık bildirib ki, Kapadokyayı və bu yardım 1 noyabr-30 aprel arası müddəti Avropa və digər bazarları əhatə etsəydi Yaponiya, Koreya, Çin kimi bazarlarda da çox fərqli inkişaf ola bilər.

Türkiyə dünyanın ikinci ən çox əhalisi olan Hindistandan
turist cəlbinə start verdi


Onu da qeyd edək ki, MTN-in rəhbərliyi ilə Türkiyə Səyahət Agentliklər Birliyi (TÜRSAB) və THY birlikdə oktyabr ayında Hindistanın iki böyük şəhərində turizm tədbiri keçirəcək. Burada 1 milyard 251 milyon əhalisi olan ölkənin turizm nümayəndələrinə Türkiyənin təbiəti, tarixi və mədəni dəyərləri barədə məlumat veriləcək. TÜRSİAB rəhbəri Başaran Ulusoy potensial bazarları araşdıraraq turizm imkanlarını inkişaf etdirməyi qarşılarına məqsəd qoyduqlarını deyib. Dünyanın müxtəlif ölkələrində təqdimat apardıqlarını deyən B.Ulusoy bildirib ki, 3-8 oktyabrda Hindistanın paytaxtı Yeni Dehli ilə Mumbai şəhərində tədbir keçiriləcək. Türkiyənin turizm potensialını və məhsullarını hindlilərə təqdim edilməsini nəzərdə tutan tədbirdə türk və hindli səyahət agentlikləri də iştirak edəcək.
Çindən sonra dünyanın ən çox əhalisi olan Hindistanın diqqəti cəlb etdiyini deyən Ulusoy ölkənin iqtisadi böyüklüyünün son illərdə artmasının, hindlilərin xarici səyahətlərində artım yarandığını bildirib. 2000-ci ildə 4,4 milyon xaricə gedən hind vətəndaşının ötən il 18,3 milyona çatdığını, Türkiyəyə isə 2000-ci ildə 10 min, ötən il isə 119 min hindlinin gəldiyi bildirilir. Hindli turistlərin cari ilin yanvar-iyun ayının ötən ilin eyni dövrü ilə müqayisədə 9,95 faiz artdığını deyən Ulusoy bildirib ki, Hindistan bazarını istər Türkiyə, istərsə də dünya baxımından önəmli edən amil xərcləmə potensialıdır. Belə ki, 2000-ci ildə 2,7 milyard dollar səviyyəsində olan hindlilərin turizm xərci, ötən il sonunda 14,6 milyard dollara yüksəlib. Əhalinin çoxluğu, xarici çıxma sayındakı artım və xərclərdəki yüksəliş nəzərə alındığında ötən il Asiyadan Türkiyəyə gələn təxminən 5 milyon 700 min turistin 2 milyonunun Cənubi Asiya ölkələrindən gəldiyi müşahidə edilib.

Lüks yaxtalarla turist cəlbi

Qonşu ölkədə turist cəlbi üçün daha bir addımın atılması nəzərdə tutulur. Belə ki, İstanbulu dünyanın qabaqcıl turizm mərkəzlərindən birinə çevirməyi nəzərdə tutan və Ataköydə 1,5 milyard dollar dəyərində İstanbul Turizm Mərkəzi adlı yeni bir layihəyə start verilib. Burada yer alacaq “Meqa Yat” layihəsi dənizi sevən turistlər üçün böyük əyləncələr vəd edir. İlk hədəf burada 2016-cı ildə səyahətçiləri lüks yaxtalarla təmin etməkdir. 500 min kvadratmetr sahəni əhatə edəcək bu layihənin başa çatması ilə İstanbulun yaxtaçılıq üçün bir hədəf bölgə olacağı bildirilir. Burada tətil günlərində gündəlik 100-120 min nəfərlik ziyarətçisi olacaq bir turizm mərkəzi inşa edilir ki, işlər tamamlandığında ən az 6 min nəfər işlə təmin olunacaq ki, həmin mərkəzdə 400 ticarət məkanı nəzərdə tutulur. Burada 200 min kvadratmetr yaşıl sahə salınacaq ki, sahil zolağında 2.5 kilometr uzunluğunda qaçış və velosiped yolu olacaq. Layihə rəhbərləri dünyanın məşhur otellərinin də yer alacağı bu layihə ilə turistlərə fərqli bir istirahət-əyləncə təqdim edəcəklərini deyirlər.
Qeyd edək ki, turizmin prioritet olduğu ölkəmizdə də belə kampaniyaların, müxtəlif layihələrin tətbiqinə ehtiyac var. Bu gün bizdə də turistlərin gəlişi ilə bağlı nəqliyyat sahəsində bu cür dəstəyin təşkil olunması mühüm rol oynayar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15.09.2019
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
15.09.2019
Bakının işğaldan azad olunmasından 101 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info