Yunan nazirin istefa bəyanatında türk şairin şeri
Tarix: 21.08.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Yunanıstanın baş naziri Aleksis Tsipras avqustun 20-də vəzifəsindən istefa verdiyini açıqladığı televiziya müraciətində Türkiyənin məşhur solçu şairi, mərhum Nazim Hikmətin şeirindən sitat gətirib. “Hürriyet”in verdiyi xəbərə görə, A. Tsipras erkən seçkilərin yolunu açmaq üçün istefaya getdiyini bildirib. “Daha güclü bir hökumət qurmaq üçün istefa verirəm. Sizdən də daha güclü bir hökumət qurmaq üçün dəstək gözləyirəm”, - deyə o, xalqa müraciətində söyləyib. Bu zaman A. Tispras Nazim Hikmətin “Ən gözəl günlərimiz hələ yaşamadıqlarımız” misrasını tələffüz edib.

Baş nazir istefa qərarını yaxın silahdaşları ilə 5 saatlıq müzakirənin yekununda qəbul edib. Avropa İttifaqı ilə imzaladığı 86 milyard avroluq kredit anlaşmasının qüvvəyə minməsini gözləyən A. Tsipras kreditin 23 milyard avro məbləğində ilk tranşının alınmasından sonra istefasını açıqlayıb. Erkən seçkilərin sentyabrın 20-də keçiriləcəyi gözlənilir.

N. Hikmətin şeirinin orijinalı belədir:

En güzel deniz:
Henüz gidilmemiş olanıdır.

En güzel çocuk:
Henüz büyümedi.

En güzel günlerimiz:
Henüz yaşamadıklarımız.

Ve sana söylemek istediğim en güzel söz:
Henüz söylememiş olduğum sözdür...

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu
17.09.2020
ABŞ-da son gündə COVID-19-dan 1 123 nəfər vəfat edib
17.09.2020
“Türkiyənin şantaja baş əyməyəcəyi başa düşüldü“
17.09.2020
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
17.09.2020
Prezident Ərdoğan Makrona reaksiya verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info