Dövlət qulluğunda işləyənlər üçün növbəti şans
Tarix: 21.08.2015 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 211 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə başa çatıb.
Komissiyadan bildiriblər ki, müsabiqədə iştirak etmək üçün Komissiyada 844-ü qadın namizəd olmaqla 2850 namizəd qeydə alınıb. Qeydə alınmış 2850 namizədin 75,72%-ni gənclər təşkil edib.
Müsabiqənin test imtahanı mərhələsi 2015-ci il 22 may – 2015-ci il 11 iyun tarixlərdə keçirilib. Namizədlərdən 999 nəfəri (bütün namizədlərin 35,05%-i) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 1851 namizədin hər birinə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.
Test imtahanında 548 nəfər (bütün namizədlərin 19,23%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub.
Onlardan:
- 181 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
- 246 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
- 121 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Müsabiqənin müsahibə mərhələsi 2015-ci il 22 iyun – 2015-ci il 6 avqust tarixlərdə keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 434 namizəddən 35 nəfəri müsahibə mərhələsində iştirak etməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 119 nəfəri vəzifəyə uyğun hesab edilib. Müsahibələrin nəticələri üzrə ümumilikdə 21 apellyasiya şikayəti olub. Bunlardan 19-u təmin olunmayıb. 2 namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 1 namizəd vəzifəyə uyğun hesab edilib.
Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Artıq onlardan 25 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
19.09.2020
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
19.09.2020
Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək
18.09.2020
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub
18.09.2020
Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info