Hidayət Orucov Qırğızıstan İctimai Teleradio Yayım Korporasiyanın baş direktoru ilə görüşüb
Tarix: 21.08.2015 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Qırğız Respublikasının İctimai Teleradio Yayım Korporasiyasının(KTRK) baş direktoru İlim Karıpbekov ilə Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucov arasında görüş keçirilib.
Azərbaycanın Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, səfir, baş direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Baş direktor uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib. Azərbaycanın son illər qazandığı nailiyyətləri ilə Qırğızıstanda fəxr edildiyini, əlaqələrimizin inkişafında, xüsusilə televiziya sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını söyləyib.
Səfir qeyd edib ki, son vaxtlar bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Axır iki ildə həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda və Qırğızıstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb.
İ.Karıpbekov son illərdə dövlətlərimizin yeni münasibətlər sistemində əsaslı əməkdaşlığı təməlinin qoyulduğunu vurğulayıb.
Görüşdə imzalanması nəzərdə tutulan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikasının İctimai Teleradio Yayım Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş layihəsindən söz açılıb və baş direktor Sazişin imzalanması üçün hazır olduqlarını bildirib.
Tərəflər Azərbaycan həqiqətlərini Qırğızıstanda, Qırğızlstan gerçəkliklərinin Azərbaycanda yayılması, üçün konkret təklifləri müzakirə etdilər və ümumi razılığa gəliblər.
İ.Karıpbekov qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.
Hidayət Orucov KTRK-nın “Azərspace-1” peykinin resurslarından istifadə etməyə başlaması ilə əlaqədar İ.Karıpbekova təşəkkür edib, Qırğızıstanın digər televiziya kanallarının da Azərbaycan peykinə maraq göstərdiyini qeyd edib.
Səfir vurğulamışdır ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir və bu xətt Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info