Gələn ay dəmir yollarında gücləndirilmiş iş rejimi tətbiq ediləcək
Tarix: 21.08.2015 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


2015-2016-cı il yeni tədris ilinin başlaması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçəcək.
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Sentyabrın 15-də dərs illinin başlaması ilə əlaqədar sıxlığın olacağını istisna etməyən N.Əzməmmədov qeyd etdi ki, bununla bağlı artıq işlərə başlanılıb və çox güman ki, xəttə əlavə qatarlar qoşulacaq: “Hər il sentyabrda dərs ilinin başlaması həm avomobil yolları, həm də dəmir yolu ilə gələnlərin artmasına səbəb olur. Ona görə də biz hər il olduğu kimi bu il də bir sıra qabaqlayıcı tədbirlər həyata keçirməyi düşünürük. Adətən biz bunu billet satışına olan tələbatdan bilirik. Sentyabrın 5-ə qədər billet satışının çox olduğunu görsək, xəttə əlavə qatarlar qoşacağıq. Ümid edirəm ki, sərnişindaşımada, insanların gediş-gəlişində heç bir problem yaşanmayacaq”.
Qeyd edək ki, Azərbaycanda tədrisə hər il sentyabrın 15-də start verilir
Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info