Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub
Tarix: 21.08.2015 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Musiqili Dram Teatrında general Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.
Tədbirdə çıxış edən Vasif Talıbov hərb tariximizdə dəyərli iz qoymuş C. Naxçıvanskinin bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçdiyini vurğulayıb.
Qeyd olunub ki, C. Naxçıvanski müsəlmanlardan ibarət süvari eskadronunun komandiri kimi Birinci Dünya müharibəsi cəbhələrində qəhrəmanlıq göstərib, müharibə başa çatandan sonra tabeliyində olan hərbi hissə ilə birlikdəAzərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak edib.
30-cu illərinin repressiyası Cəmşid Naxçıvanskidən də yan keçməyib. ƏvvəllərAzərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğuna görə ona qarşı təqiblər artır, haqsız ittihamlar irəli sürülürdü. 1938-ci ilin may ayında həbs olunan Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarılıb.
Tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının Cəmşid Naxçıvanskinin yubileyi münasibətilə hazırladığı “Sərkərdə” televiziya filminə baxıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info