Z.Nağdəliyev: “Prezidentin tapşırığına əsasən bütün siyasi partiyaların hamısına bərabər şərait yaradılmalıdır”
Tarix: 21.08.2015 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Ölkə başçısının tapşırığına əsasən, seçkilərdə şəffaflıq təmin edilməlidir. Prezidentin istəyi bundan ibarətdir. Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Z.Nağdəliyevin sözlərinə görə, bunun üçün seçki komissiyalarına lazım şərait yaradılıb: "O cümlədən insanların sərbəst şəkildə səs verməsi üçün şərait yaradılıb. Bununla əlaqədar əlavə zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb". Z.Nağdəliyev qeyd edib ki, Prezidentin tapşırığına əsasən bütün siyasi partiyaların hamısına bərabər şərait yaradılmalıdır: "Artıq 125 dairənin hər birində bunun üçün açıq və qapalı yerlər müəyyən olunub. Təşviqat dövrünə yaxın bu elan ediləcək". PA rəhbərinin müavinin bildirib ki, təşviqat lövhələri ilə də bağlı monitorinqlər keçirilib: "Sıradan çıxmış lövhələr bərpa ediləcək. Tarixi abidələrin üzərində təşviqat materiallarının yerləşdirilməsinin isə qarşısı alınıb".
PA rəsmisinin sözlərinə görə, seçki siyahılarının tərtib edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanları seçki komissiyaları ilə titanik işlər həyata keçirilib: "Bu gün də bu işlər davam etdirilir. Seçici siyahılarının tərtib edilməsi ilə bağlı mütləq ciddi iş aparmaq lazımdır. Bu işi dayandırmaq olmaz. Bu məsələdə DSK-lara lazım olan yardım göstəriləcək".Z.Nağdəliyev bildirib ki, seçki məntəqələrində artıq min ədəd veb-kameralar quraşdırılıb. PA rəsmisinin fikrincə, növbəti seçkilərdə veb-kameraların sayını artırmaq lazımdır. Z.Nağdəliyev, həmçinin əlavə edib ki, ünvanların dəqiqləşdirilməsi ilə əlaqədar bina və evlərin üzərində 15 mindən artıq nömrə quraşdırılıb. Dairə seçki komissiyalarının sədrlərinin böyük təcrübəsi olduğunu deyən PA rəsmisi bununla belə onlara arxayınlaşmamağı tövsiyə edib: "Parlament seçkiləri yüksək şəffaflıq, demokratik şəraitdə keçməlidir. Bunun üçün hamı imkanı daxilində hər bir şeyi etməlidir ki, bu sınaqdan üzüağ, alnıaçıq çıxaq. Seçkilərdə xırda məsələ yoxdur. Bu sahədə toz, zərrə qədər nöqsan ölkənin imicinə xələl gətirə bilər".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19.09.2019
Fuad Qəhrəmanlının qızı: “Mənə hakimiyyətdən təzyiq olmayıb, statusu özüm yazmışam“ - VİDEO MÜRACİƏT
19.09.2019
Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir - YENİLƏNİB
19.09.2019
Budapeştdə Türk Şurasının nümayəndəliyi açılıb
19.09.2019
Gündəmdə qalmağa çalışanlar...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info