Ziyafət Əsgərov: “Parlament seçkilərində Azərbaycan nümunə göstərməlidir”
Tarix: 21.08.2015 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“Bəzən bizə elə gəlir ki, hər şeyi bilirik. Elə deyil, yenə öyrənməliyik. Çünki yeni texnologiyalar, normalar meydana gəlir”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z. Əsgərov bildirib ki, seçki hüquqlarının həyata keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir: “Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühümdür. Mən əminəm ki, bu günə qədər keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğun gəlir. Ancaq hər gün Seçki Məcəlləsinin tələblərini daha çox mənimsəməliyik ki, artıq söz-söhbətlərə ehtiyac qalmasın. Çalışmalıyıq ki, növbəti parlament seçkisində də Azərbaycan bir nümunə göstərsin. Seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir”.
Ədliyyə nazirinin müavini Azər Cəfərov seçki qanunvericiliyindən, seçki dövründə seçki komissiyaları tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməli olan sənədlərdən, toplanan imzaların ekspertizasından danışıb. O, istintaq təcridxanalarında, həbsxanalarda cəza çəkən şəxslərin seçki hüququ məsələsinə də toxunub: “1995-ci ildən penitensiar müəssisələrdə seçkinin təşkili üçün dairə və məntəqə seçki komissiyaları ilə sıx əməkdaşlıq edilir. Seçki günü növbədə olan penitensiar xidmət əməkdaşları da orada səs verə bilərlər. Bundan öncəki parlament seçkilərində penitensiar müəssisələrdə səsvermə hüququ olanların 99 faizi səs verib, seçkilər yüksək səviyyədə keçirilib”.
A. Cəfərov nəzərə çatdırıb ki, 2010-cu ildə keçirilən parlament seçkiləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi 10, ondan sonra keçirilən seçkilərlə bağlı isə 1 qərar qəbul edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Erməni kilsəsində parçalanma: “Bizim inamımızı oğurladılar“
14.09.2019
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14.09.2019
Hərbi qulluqçularımız Almaniyada təlimdə iştirak edir
13.09.2019
ABŞ Senatı Uyğur Türklərilə əlaqədar qanun layihəsini qəbul etdi
13.09.2019
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info