Ukrayna səfirliyi: “Azərbaycanın dinamik inkişafı əməkdaşlığımızın dərinləşməsinə əlavə imkan verir”
Tarix: 21.08.2015 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


“Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur”. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin bu ölkənin müstəqilliyinin növbəti ildönümü (24 avqust 1991) münasibətilə yaydığı bəyanatda deyilir. Bəyanatda bildirilir ki, iki ölkənin münasibətləri geniş hüquqi bazaya əsaslanır və bu baza müxtəlif sahələrdə əməkdaşlıq üçün bünövrə rolunu oynayır. Həmçinin 27 mart 2014-cü il tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Ukraynanın ərazi bütövlüyünə dair qətnamənin lehinə səs verdiyi vurğulanır: “Bu gün iki ölkə arasında parlamentlərarası komissiyalar yaradılıb və müxtəlif əməkdaşlıq sferalarına aid işçi qrupları fəaliyyət göstərir. Şübhəsiz ki, iki ölkə arasında əlaqələrin inkişafının əsasını və koordinasiya rolunu ali səviyyədə orqan olan Prezidentlər Şurası icra edir. Bu Şuranın iclası müntəzəm şəkildə keçirilir və onun gündəliyinə hər zaman Ukrayna-Azərbaycan əməkdaşlığının aktual məsələləri daxil edilir. 30 iyun 2014-cü il tarixində ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik məsələləri Komitəsinin Bakıdakı iclasında Rusiyanı Krımın işğalını tez bir zamanda dayandırmağa çağıran qətnamə qəbul edilib. Azərbaycanın dinamik inkişafı və onun beynəlxalq arenada artan nüfuzu Ukrayna-Azərbaycan əməkdaşlığının gələcəkdə inkişafı və dərinləşməsinə əlavə imkan verir. Bu əməkdaşlıq ilk növbədə siyasi, daha sonra ticarət-iqtisadi, energetika, tikinti, nəqliyyat , aerokosmik və hərbi-texniki sahələrdə inkişaf edir. 2014-cü ilin nəticəsinə əsasən iki ölkə arasında xarici ticarət dövriyyəsi 674,2 milyon dollar olub".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info