Quba-Xınalıq marşrutu turistlər arasında daha populyardır
Tarix: 21.08.2015 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


2015-ci ildə Quba rayonuna gələn turistlər daha çox Quba-Xınalıq turizm marşrutu üzrə səyahət ediblər. Turist sıxlığına görə ikinci yeri Quba-Afurca marşrutu tutur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Quba Turizm İnformasiya Mərkəzinin turizm mütəxəssisi Mətləb Şıxbabayev məlumat verib. O bildirilib ki, əcnəbi və yerli qonaqlar arasında Quba-Xınalıq, Quba-Afurca istiqamətləri ilə yanaşı Quba-Ləzə və Quba-Xanəgah marşrutlarını seçənlər də çoxluq təşkil edib.
Bu mövsümdə Quba Turizm İnformasiya Mərkəzinə müraciətlərin sayında 20-30 faiz artım müşahidə olunub. Son altı ay ərzində mərkəzin xidmətlərindən 2797 turist yararlanıb ki, onların da 323-ü əcnəbilərdir. Əcnəbi turistlərin əksəriyyətinin Qubaya səfəri onlayn müraciətlər əsasında təşkil olunub. Mərkəzə müraciət edənlər rayona gələn turistlərin təxminən 8-9 faizini təşkil edir. Ümumilikdə isə il ərzində Qubaya on minlərlə turist gəlib.
Mətləb Şıxbabayev bildirib ki, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirildiyi müddətdə rayona daha çox turist axını qeydə alınıb. Həmin dövrdə Quba Turizm İnformasiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq mərkəz istirahət və bayram günlərində də fəaliyyət göstərib. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.
Müraciətlərin çoxluğu nəzərə alınaraq rayonda mövcud turizm marşrutlarının sayının artırılması nəzərdə tutulur. Yeni marşrutlar əsasən Qubanın tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələri istiqamətində müəyyənləşdiriləcək. Hazırda isə Qubaya gələn turistlər 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardır.
Hazırda rayonda 36 istirahət mərkəzi fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info