Füzuli və Cəbrayılın işğalı Pakistan mətbuatında
Tarix: 21.08.2015 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Pakistanın “National Herald Tribun” qəzetində tanınmış jurnalist Raca Cavid Ali Bhattinin “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 22-ci ildönümü” sərlövhəli məqaləsi dərc olunub.Məqalədə bildirilib ki, Azərbaycanın 1993-cü ilin avqustunda işğal edilmiş qədim yaşayış məskəni olan Füzuli rayonunda işğaldan əvvəl 1 şəhər, 1 şəhər tipli qəsəbə və 75 kənd olub. Rayonun ümumi ərazisi 1386 kvadratkilometr, əhalisi isə 105 min nəfərdən çox idi. Hazırda rayonun işğaldan azad edilmiş ərazilərində 13 qəsəbə və 20 kənd var. Həmin qəsəbələrdən 12-si işğaldan azad edilmiş ərazilərdə məcburi köçkün ailələri üçün yeni salınıb. Bu gün rayonda 51 mindən çox məcburi köçkün məskunlaşıb.Yazıda müəllif Cəbrayıl rayonu haqqında da məlumat verib. Vurğulanıb ki, rayonun ərazisi 1049 kvadratkilometr, əhalisi isə 54 min nəfərdən çox olub. Ermənilərin işğalı nəticəsində cəbrayıllılar Azərbaycanın 58 rayonunun 2000-dən çox yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşıblar. İşğal nəticəsində Fizuli və Cəbrayıl rayonlarının bütün infrastrukturu dağıdılıb, yüzlərlə yaşayış məntəqəsi yer üzərindən silinib. Minlərlə insan doğma torpaqları uğrunda mübarizədə şəhid olub və yaralanıb.Jurnalist dağlıq ərazidə yerləşən və təbii sərvətlərlə zəngin Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən talan edilməsi, meşələrin qırıldığı və yaxud yandırıldığı, tarixi yerlərin, məscidlərin, abidələrin, tikililərin dağıdıldığı, yaşayış məskənlərinin xarabalıqlara çevrildiyi, kənd təsərrüfatına yararlı bütün torpaqların məhv edildiyini xüsusilə diqqətə çatdırıb.Raca Cavid Ali Bhatti daha sonra qeyd edib ki, hazırda Azərbaycan ilə Ermənistan arasında atəşkəs elan edilməsinə baxmayaraq, bu ərazilərdə yenə də silah səsləri eşidilməkdədir. Ermənistan silahlı qüvvələri mütəmadi olaraq atəşkəs rejimini pozaraq cəbhəboyu zonada məskunlaşmış dinc əhalini daim qorxu içində saxlamağa çalışır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib
20.09.2020
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
20.09.2020
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
20.09.2020
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
20.09.2020
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info