“Ukraynada münaqişənin başlamasının günahkarı Qərbdir”
Tarix: 22.08.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“ABŞ sonunun necə olacağını, nəticəsini qəbul edə bilməyəcəyi beynəlxalq münaqişələrə cəlb olunmamalıdır. Amma biz səhvləri təkrarlayırıq. Bu, tarixdən nəticə çıxarmamaqdır. Tarixi yaxşı bilmək, onu analiz etmək, xarici ölkələrin, xalqların, mentalitetini bilmək lazımdır”
ABŞ-ın keçmiş dövlət katibi və nüfuzlu siyasətçi, Henri Kissincer “The National Interest” nəşrinə müsahibəsində Vaşinqtonun Moskva ilə münasibətlərinə, Ukrayna böhranına münasibət bildirib.
Amerika siyasətinin patriarxı sayılan Kissincer sonuncu dəfə 2013-cü ilin noyabr ayında Moskvada olub. Amerikada geosiyasət üzrə ən nüfuzlu ekspert hesab edilən 92 yaşlı Kissincer dəfələrlə bildirib ki, müasir dünyada şərtlər dəyişib və ABŞ daha əvvəlki kimi hökmranlıq edə bilmir. O, Vaşinqtonun Moskva ilə kəskin münaqişə vəziyyətində olmasını yanlış siyasət adlandırıb. O, son müsahibəsində bildirib ki, ABŞ Ukrayna böhranında dalana dirənib və təkcə oradan çıxmaq yox, həm də böhranı beynəlxalq qaydalar çərçivəsində həll etmək lazımdır: “Bəzi məsələləri qəbul etmək lazımdır. İlk növbədə bilmək lazımdır ki, rusların şüurunda Rusiya-Ukrayna münasibətləri həmişə xüsusi xarakter daşıyır. Bu yanaşma həm ruslar, həm də ukraynalıların düşüncəsində iki suveren dövlətin münasibətlər ilə məhdudlaşmır. Ukraynada baş verənləri Qərbi Avropanın prinsipləri ilə həll etmək mümkün deyil.

“Qərb Ukraynanı birtərəfli layihəyə cəlb etməməlidir. Əksinə, Rusiya və Qərb ümumi əməkdaşlıq imkanlarını nəzərdən keçirməlidir. Bunun üçün Ukrayna heç bir hərbi bloka qoşulmayan dövlət olmalıdır. Ukrayna böhranı uzunmüddətli maraqların toqquşması fonunda faciəyə çevrilir”

Ukraynada böhranın necə başladığını doğru analiz etmək lazımdır. Putinin 60 milyard avro xərcləyərək yay turizm mərkəzində qış Olimpiya kəndi yaratmasını hərbi münaqişə yaratmaq üçün təşkil etdiyini düşünmək mənasızdır. Olimpiadanın bağlanış mərasimi Rusiyanın Qərb sivilizasiyasının bir hissəsi kimi təqdim edirdi. Mən Putini 2013-cü ilin noyabr ayında görmüşəm. O, bir sox məsələləri qaldırdı. Ukraynanı iqtisadi problem adlandırdı və problemi həll edəcəyini bildirdi. Burada ilk səhvi saymazyana münasibəti ilə Avropa İttifaqı etdi. Onlar irəli sürdükləri şərtlərin əhəmiyyətini anlamadılar. Daxili siyasi vəziyyət bu şərtlərin Yanukoviç tərəfindən qəbul edilməsini mümkünsüz etmişdi, Rusiya isə bunları sırf iqtisadi təklif kimi qəbul edə bilməzdi. Beləliklə, Yanukoviç şərtləri qəbul etmədi, avropalılar panikaya düşdüyü halda Putin çoxdankı arzusunu həyata keçirmək üçün əla imkan yarandığını görüb, 15 milyard avro təklif edərək Ukraynanı Avrasiya İttifaqına cəlb etməyə başladı. Bu vaxt ərzində Amerika passiv qalaraq Rusiya ilə heç bir dialoq aparmadı. Maydan hadisələri , Rusiya tərəfindən Qərbin Ukraynanı Moskvanın orbitindən çıxarmaq cəhdi kimi qəbul edildi”.

“Burada ilk səhvi saymazyana münasibəti ilə Avropa İttifaqı etdi. Maydan hadisələri , Rusiya tərəfindən Qərbin Ukraynanı Moskvanın orbitindən çıxarmaq cəhdi kimi qəbul edildi”

Kissincer etiraf edir ki. Ukraynada münaqişənin başlamasının günahkarı Qərb olub. Təcrübəli politoloq hesab edir ki, Ukraynanı Rusiyadan qoparmaq mümkün olmayacaq, onlar təxminən elə eyni xalqdır. Ona görə də Kissincer Ukraynanın bitərəf qalmasını təklif edir: “Qərb Ukraynanı birtərəfli layihəyə cəlb etməməlidir. Əksinə, Rusiya və Qərb ümumi əməkdaşlıq imkanlarını nəzərdən keçirməlidir. Bunun üçün Ukrayna heç bir hərbi bloka qoşulmayan dövlət olmalıdır. Ukrayna böhranı uzunmüddətli maraqların toqquşması fonunda faciəyə çevrilir. Mən müstəqil Ukraynanın tərəfdarıyam. Bu gün müsəlman döyüşçülər Ukrayna adına döyüşürlər. Bu, artıq sağlam düşüncənin itməsi deməkdir. Deməli, Rusiyaya nə yolla olur-olsun zərbə vurmaq, onu zəiflətmək əsas məqsədə çevrilib”. Kissincer qeyd edib ki, ABŞ sonunun necə olacağını, nəticəsini qəbul edə bilməyəcəyi beynəlxalq münaqişələrə cəlb olunmamalıdır: “Amma biz səhvləri təkrarlayırıq. Bu, tarixdən nəticə çıxarmamaqdır. Tarixi yaxşı bilmək, onu analiz etmək, xarici ölkələrin, xalqların, mentalitetini bilmək lazımdır. Əgər, biz Rusiyaya böyük dövlət kimi yanaşsaq, onda gərək ilk mərhələdə bilək ki, onların maraqlarını öz tələblərimizə uyğunlaşdıra bilirikmi?”. Kissincer müsahibəsində Rusiya-Çin münasibətlərinə də toxunub. Onun sözlərinə görə, ABŞ öz siyasəti ilə Rusiyaya başqa seçim imkanı saxlamayıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar
22.09.2019
Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info