“Futbolçuların mübarizəsindən razı qaldım”
Tarix: 22.08.2015 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“Əvvəlki oyunlarla müqayisədə daha yaxşı oynadıq. Nəticənin də, oyunun da daha yaxşı olmasını istərdik. Çünki bunu bacara biləcəyimizi düşünürəm. Lakin bu, pis nəticə deyil. Futbolçularımızın mübarizə əzmkarlığından razı qaldım. Onlar əllərindən gələni etməyə çalışdılar”.
Bu fikirləri UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçirilən "Qəbələ" (Azərbaycan) - "Panatinaikos" (Yunanıstan) kollektivlərinin ilk qarşılaşmasından sonra komandamızın baş məşqçisi Roman Qriqorçuk keçirdiyi mətbuat konfransında bölüşüb. Ukraynalı mütəxəssis deyib: "Xüsusilə ilk hissənin ikinci yarısı xoşuma gəldi. Rəqib qapısında çox sayda qol imkanı yarada bilmədik. Əvəzetmələri nə vaxt reallaşdırmaq mənim qərarım idi. Aleksey Antonov taktiki cəhətdən yaxşı oynadı. Onu yalnız yorulduğunu görəndə əvəzlədim. "Panatinaikos"la ilk qarşılaşma nəyin üzərində çalışmalı olduğumuzu göstərdi. Topu orta sahədə daha çox saxlamalıyıq. Müdafiədə bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Əks-hücumların sürətli təşkil olunmasının da üzərində çalışmalıyıq. İndiki heyətimiz yaxşı oynadı, lakin komandanı gücləndirə biləcək futbolçu lazımdır. Amma rəqabət yarada biləcək oyunçu tapmaq asan deyil".
Qeyd edək ki, "Qəbələ" (Azərbaycan) - "Panatinaikos" oyununda hesab açılmayıb (0:0).




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Barsa“ 18 yaşlı futbolçusuna 400 milyon qiymət qoydu
24.09.2020
Mbappenin yeni komandası bəlli oldu
23.09.2020
UEFA ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqladı
23.09.2020
Suares “Barselona” ilə vidalaşdı
23.09.2020
“Barselona“ ingilis futbolçu ilə razılığa gəldi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info