İsveçrədə “Qarabağ“ zəfəri
Tarix: 22.08.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Ağdamın "Qarabağ" komandası UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin ilk oyununda səfərdə İsveçrənin "Yanq Boyz" kollektivi üzərində mühüm qələbə qazanıb.
Berndəki "Stad de Suisse” arenasında oynanılan görüşdə “Qarabağ”ın qələbə qolunu oyunun 67-ci dəqiqəsində Riçard Almeyda vurub. Qarşılıqlı hücumlarla başlayan oyunun 10-cu dəqiqəsində "Yanq Boyz"un hücumunu "Qarabağ"ın qapıçısı dəf edib. Növbəti beş dəqiqə ərzində ağdamlılar rəqibin cərimə meydançasına bir neçə dəfə daxil olsalar da, hücumu uğurla tamamlaya bilməyiblər. Oyunun 17-ci dəqiqəsində "Qarabağ"ın qapıçısı Şehiç rəqib hücumçu ilə təkbətək mübarizədən qalib ayrılıb. 20-ci dəqiqədə sağ cinahdan başlanan hücum zamanı iki müdafiəçini ustalıqla aldadıb rəqibin cərimə meydançasına daxil olan Reynaldonun ötürməsi dəqiq olmayıb. Dörd dəqiqə sonra müdafiəçilərdən sıyrılan Reynaldo çərçivəni dəqiq nişan alsa da, qapıçı onun fərqlənməsinə imkan verməyib. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Matçın ikinci hissəsi də sürətli hücumlarla başlayıb. İkinci yarının ən təhlükəli vəziyyətini ağdamlılar yaradıblar. Oyunun 62-ci dəqiqəsində rəqibin müdafiə xəttini ustalıqla yararaq qapıçı ilə təkbətək qalan Reynaldonun zərbəsini son anda qapıçı dəf edib. Lakin hücumlarını davam etdirən ağdamlılar beş dəqiqə sonra istəklərinə çatıblar. 67-ci dəqiqədə Riçard Almeydanın uzaq məsafədən dəqiq zərbəsi "Qarabağ"ı hesabda irəli çıxarıb - 1:0. Qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan isveçrəlilər bir neçə dəfə təhlükəli vəziyyət yaratsalar da, hesab dəyişməyib. Beləliklə, Ağdamın "Qarabağ"komandası səfərdə - İsveçrədə "Yanq Boyz" kollektivini 1:0 hesabı ilə məğlub edərək cavab oyunu üçün olduqca böyük üstünlük qazanıb. Qarşılaşmanı rusiyalı hakimlər briqadası idarə edib. Matçın əsas referisi Vladislav Bezborodov olub. Ona həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin kömək ediblər. Aleksey Yeskov isə dördüncü hakim funksiyasını yerinə yetirib. Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda oynanılacaq.







 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
15.09.2019
Daha iki şahmatçımız dünya kubokunun onaltıdabir mərhələsinə vəsiqə qazanıb
15.09.2019
İspaniya La Liqası: “Sevilya” Bakıya qələbə ilə gəlir
15.09.2019
İspaniya La Liqası: “Real Madrid” bu mövsüm ikinci qələbəsini qazanıb
14.09.2019
İngiltərə Premyer Liqası: “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info