Sağlamlıq turizmi büdcəyə xeyli vəsait gətirə bilər
Tarix: 22.08.2015 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Turizmin müxtəlif növlərindən istifadə etməklə turist cəlbinə nail olmaq bu gün bir çox ölkələr üçün prioritetdir. Onlardan biri də sağlamlıq turizmidir ki, hazırda bu sahə üzrə bir çox ölkələr böyük uğurlara imza atıblar.
Dünyada ildə 30 milyon insan sağlamlıqla bağlı başqa ölkələrə səfər edir, ümumilikdə isə bununla bağlı 150 milyard dollar vəsait xərcləyir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, sağlamlıq turizmində ən fəal ölkə olaraq ABŞ, Almaniya hesab edilsə də Hindistan, Malayziya, Tailand, Kuba, Belçika, Macarıstan kimi ölkələr də bu turizm növünə iddialıdırlar. Bu gün turizmin inkişafında maraqlı olan ölkəmiz üçün də məhz bu sektorun bir qolu olan sağlamlıq turizmi önəmli olmalıdır. Bu gün müasir tibbi avadanlıqla təchiz olunmuş yeni səhiyyə ocaqlarının olduğu ölkəmizdə də sağlamlıq turizminin inkişafı istiqamətində yeni addımların atılmasına ehtiyac var. Bu sahəni inkişaf etdirməklə büdcəyə xeyli vəsait cəlb etmək olar.

Türkiyə sağlamlıq turizmindən 20-25 milyard dollar gəlir əldə etməyi
hədəfləyir


Bu gün sağlamlıq turizminin inkişaf etdiyi ölkələrdən biri olan Türkiyə 5 il öncə sağlamlıq turizmi sahəsində 7-ci sırada olsa da ötən il bu siyahıda ilk onluğa daxil ola bilib. Türkiyədə qüvvəyə minən yeni qanun da ölkədə sağlamlıq turizminə dəstək verəcək. Yeni qərarla sağlamlıq turizmini inkişaf etdirmək üçün xaricdən gətirilən xəstələrə yardım nəzərdə tutulur. Belə ki, Səhiyyə Nazirliyi ilə müqavilə imzalayan özəl sağlamlıq qurumları və ya hava yolu şirkətləri tərəfindən xəstələri müalicə almaq üçün sabit uçuş səfərləri ilə Türkiyəyə gətirən təyyarə və ya digər nəqliyyat vasitələrinə bir xəstəyə görə 50 faiz və ya maksimum min dollar, “charter” reysi ilə Türkiyəyə gətirilməsi zamanı isə 200 dollar nəqliyyat xərcləri ödəyəcək.
Səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib ki, Türkiyə sağlamlıq turizmindən 2018-ci ilin sonunda 9-10 milyard dollar, 2023-cü ildə isə 20-25 milyard dollar gəlir əldə etməyi hədəfləyib. Nazir 2002-ci ildə 120 min vətəndaşın xaricə səhhəti ilə bağlı getdiyini, nəticədə isə 1,5 milyard xərclədiyini, hazırda isə 500 min xaricinin Türkiyəyə sağlamlıq turizmi ilə bağlı gəldiyi bildirib. Türkiyəyə 2013-cü ildə sağlamlıq turizmi ilə bağlı gələnlərin sayı 300 min nəfəri keçib və 2,5 milyard dollar gəlir əldə edilib. 2014-cü ildə isə 500 min xarici xəstə Türkiyədə müalicə alıb. Hava yolu ilə Türkiyəyə müalicə məqsədli gələn turistlər baxımından ölkələr arasında Almaniya və Rusiya, Hollandiya, İngiltərə, Liviya var. Son 4 ildir ki, bu ölkəyə İraqdan çoxlu sayda xəstə gəlir.

Xəstəxana-otel ortaqlığı

Sağlamlıq turizmini daha da inkişaf etdirmək və bu sahədə turistlərin diqqətini cəlb etmək üçün Türkiyədə digər bir üsul tətbiq edilməyə başlanılıb. Belə ki, bu ölkədəki xəstəxanalar cari ildə yaşanan turizm böhranı fürsətini əldən vermək istəmirlər. Onların əsas hədəfi Antalyadakı şəhər otelləridir. Bildirilib ki, xaricdən diş müalicəsi, estetik əməliyyat və saç əkdirmə başda olmaqla kosmetik müalicələr üçün Antalyaya gələn turistlərin sayı artıb ki, bununla da ölkəyə gələn turistlər tətillə yanaşı, həm də gözəllik əldə edirlər. Xəstəxanalar otellərlə mövsümi müqavilələr imzalayır, çünki xəstəxanada müalicə alan turistlər sonra oteldə istirahət edirlər. Lakin xəstəxanalar yerləşdirmə qiymətini aşağı salmaq istəyir, eləcə də müalicələri otellərdə davam etdirməyi düşünür. Bu məqsədlə də xəstəxanalar otel almağa maraq göstərirlər. Bunun bir səbəbi kimi o da göstərilir ki, xəstələrə baxım zamanı bəzən otellər çətinlik çəkirlər, eləcə də xəstələrə xüsusi yeməklərin verilməsi lazım gəlir. Onlara xüsusi diqqət tələb olunur. Məhz bu zaman xəstəxanalara ehtiyac duyulur. Beləliklə, xəstəxana və otel ortaqlığı nəticəsində həm xarici turistlərə keyfiyyətli xidmət təşkil olunur, həm də ölkədə sağlamlıq turizmi inkişaf etmiş olur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info