Azərbaycan “Şərq təranələri“ festivalında
Tarix: 22.08.2015 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Avqustun 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalına Azərbaycan da dəvət olunub.
Builki festivalın açılışında UNESCO-nun baş katibi İrina Bokova və Özbəkistan prezidenti İslam Kərimovun iştirakı gözlənilir. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, bu il "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında ölkəmizi Azərbaycanın Əməkdar artisti, tanınmış gənc xanəndə Təyyar Bayramovun rəhbərlik etdiyi "Buta" musiqi qrupu təmsil edəcək. Xanəndəni Əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcəklər. İki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il 10-cu yubiley tədbirləri açılış mərasimində geniş qeyd olunacaq. Yubiley tədbirlərinə fəxri qonaq kimi festivalın ilk illərində Qran-pri mükafatına layiq görülmüş müğənnilər dəvət alıblar. Azərbaycandan yubiley tədbirinə fəxri qonaq kimi "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalının ilk iştirakçılarından olan və festivalın Qran-pri mükafatına layiq görülmüş (1997) Xalq artisti Simarə İmanova dəvət olunub. Builki festivalın açılış mərasimi avqustun 25-də reallaşacaq. Tədbir çərçivəsində "Ən yaxşı milli musiqi və musiqi alətlərini ifa edənlər" arasında müsabiqə, habelə elmi-nəzəri konfrans da keçiriləcək. Festival çərçivəsində keçiriləcək konfransda Azərbaycandan musiqişünas alimlər Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər. Qeyd edək ki, festival iki ildən bir keçirilir və bu nüfuzlu musiqi tədbirində dünyanın 80-dən çox ölkəsinin musiqiçiləri iştirak edir. Azərbaycan musiqiçiləri "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında daim uğurlu iştirak ediblər. Tanınmış müğənnilərimiz Alim Qasımov, Simarə İmanova, Zabit Nəbizadə, Aygün Bəylər, Qoçaq Əskərov və Arzu Əliyevanın çıxışları yüksək qiymətləndirilib və onlar ən yüksək mükafatlara layiq görülüblər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Xalqımızı birliyə səsləyən mahnı-VİDEO
21.01.2020
Bir bilet alan tamaşaçı iki film izləyəcək
20.01.2020
“Şifahi ənənəli Azərbaycan musiqisi” kitabının təqdimatı keçirilib
19.01.2020
“Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib
19.01.2020
Amerikalı pop ifaçı Ariana Qrande plagiatda günahlandırılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
2 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
3 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
4 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
5 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info