3 maşın toqquşdu
Tarix: 22.08.2015 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün Bakı-Qazax yolunun 263-cü kilometrliyində, Ağdaşın Yenicə kəndi ərazisində qeydə alınıb. 1978-ci il təvəllüdlü İbrahim Eminovun idarə etdiyi 06-BD-721 dövlət nömrə nişanlı, "QAZ-53" markalı minik avtomobili qarşı tərəfdən gələn Bakı sakini, 1976-cı il təvəllüdlü Rafiq Cavadovun idarə etdiyi 99-FN-760 dövlət nömrə nişanlı "KİA" markalı minik avtomobili ilə toqquşub.
Sonra isə "KİA" markalı minik avtomobili qarşı tərəfdən gələn Gəncə sakini 1964-cü il təvəllüdlü Elman Ələsgərovun idarə etdiyi 90-RM-304 dövlət nömrə nişanlı "Mercedes" markalı sərnişin mikroavtobusu ilə toqquşublar. Hadisə zamanı sərnişin mikroavtobusunda iki nəfər, "KİA" markalı avtomobildə isə bir nəfər xəsarət alıb.
Elman Ələsgərov, Elvin Əsədov və Azad Quliyev ağır xəsarətlə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Prokurorluq “Royal Park”da baş verən ölüm hadisəsilə bağlı məlumat yaydı
21.09.2020
Prokurorluq Sabirabadda baş verən güllələnmə ilə bağlı məlumat yayıb
21.09.2020
Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub
20.09.2020
Sabirabadda yeznə ov zamanı qaynını güllələyib
19.09.2020
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info