Rus turistləri ölkəmizə necə cəlb edə bilərik?
Tarix: 25.08.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Dünya turizm sektorunda artan rəqabət, eləcə də müxtəlif ölkələrdə yaşanan iqtisadi və siyasi problemlər turistlərin müxtəlif ölkələr arasında seçim etməsinə gətirib çıxarır. Cari ilin yay mövsümündə ən çox belə seçim Türkiyəyə gələn rus turistlərlə bağlı yaşandı.

Türkiyəyə gedən
rus turistlərin sayında azalma

Belə ki, türk turizm sektorunun əsas damarlarından olan Rusiya bazarında bu il böyük itki özünü göstərdi. Cari ilin ilk altı ayında 28 faiz itki yaşandığı halda, hələ də bu vəziyyətin düzələcəyini və Türkiyənin bir nömrəli tətil destinasiyası kimi qalmağa davam edəcəyini düşünürlər. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, cari ilin yanvar-may aylarında Rusiyadan Türkiyəyə gələn turist sayı 801 min 915 nəfər olub. Ötən ilin eyni dövründə bu rəqəm 11 faiz artımla 1,1 milyon nəfərə çatmışdı. Türkiyənin “turizm paytaxtı” sayılan Antalyaya gələn rusların sayı ilk 6 ayda 27,2 faiz azalaraq 1 milyon 77 min 793 nəfər olub. Turizmçilər rus turist itkisi ilə bağlı problemin aradan qaldırılması üçün dəstək göstərməyə çalışır. Xatırladaq ki, bunlardan biri kimi MDB ölkələrinə təyyarə uçuşları üçün yanacaqla bağlı 6 min dollar məbləğində dövlət dəstəyi göstərilir. Bildirilib ki, Türkiyəyə turist gətirən tur operatorlara verilən bu yanacaq dəstəyi turizm sayında azalmanın qarşısını alaraq Rusiya turistləri ilə bağlı itkinin sayını azaldıb.

Bolqarıstandan güzəşt
Bolqarıstan turizm naziri Nikolina Angelkova bildirib ki, ölkəsi bu yay mövsümündə hər 5 rus turistdən birini itirir: “Turistləri ölkədə saxlaya bilmək üçün ucuz qiymət tətbiqi və viza rejimində asanlıq yaradılır. Bolqarıstan rus turistlər arasında ən çox seçilən ölkədir. Bizim ölkəmiz digər Avropa ölkələrinə görə daha qənaətcildir”. Bolqarıstanda vizaların alma prosesində hər şeyin nizamlı olaraq həyata keçirildiyini deyən nazir deyib ki, ölkə Rusiyadakı konsulluq xidmətlərinin sayını da artırıb, hətta xidmət çoğrafiyasının genişləndirilməsi də gündəmdədir. Bu il Bolqarıstana gələn rus turist sayında 3,7 faiz azalma olduğunu da etiraf ediblər.

İspaniyaya gedən rus turistlərin
sayı azalıb

Cari ildə turist sayında rekorda imza atan ölkələrdən biri İspaniyadır ki, 7 ayda bu ölkəni 37,9 milyon turist ziyarət edib. İspaniyanı ziyarət edən turist sayındakı ən çox azalma rus turistlərlə bağlı yaşanıb. İl başından etibarən İspaniyanı 504 min rus vətəndaş ziyarət edib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 37,5 faiz azdır. İyul ayında isə Rusiyadan İspaniyaya 143 min 250 turist gedib. Qeyd edək ki, rus turistlərin böyük əksəriyyəti “hər şey daxil olan” tətili seçirlər. Onların fikrincə, bu sistemin ən geniş olduğu ölkə Türkiyədir. Buradakı tətil imkanlarından 99 faizini “hər şey daxil” sistemi təşkil edir. Misirdə isə bu imkanlar 89 faiz, Yunanıstan və Bolqarıstanda isə 60 faiz təşkil edir. Otellərdəki “hər şey daxil olan” xidmətə turistlər üçün qonaqlama, yemək, əyləncə, filmlər və s. daxildir.
Qeyd edək ki, hazırda ölkəmizdə turizmin inkişafı prioritetdir və bu istiqamətdə bir sıra addımların atılmasına, o cümlədən turist cəlbinə böyük ehtiyac var. Bununla bağlı davamlı tədbirlər atılmalıdır ki, onlardan biri də ölkəmizin maraq doğurduğu turistləri yenidən cəlb etməkdir. Onlardan biri də rus turistlərdir. Hələ sovet dövründə ölkəmizə səfər edən rus turistlərin sayı kifayət qədər idi. Onların bir çoxu məhz ölkəmizdə olan mineral su qaynaqları, Naftalan nefti, “Duz dağ” kimi şəfalı yerlərlə tanışlıq imkanı qazanaraq onların müalicə imkanlarından yararlanırdılar. Son illərdə də ölkəmizə rus turistlər gəlsə də hələ ki, onların sayı yetərincə deyil. Bu gün ölkəmizdə turizmin inkişafını, eləcə də müxtəlif ölkələrdə rus turist sayında azalmanın müşahidə edildiyini nəzərə alsaq ölkəmiz bu fürsətdən daha geniş yararlanmalı və rus turistlərin ölkəmizə cəlbi istiqamətində mühüm addımlar atmalıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info