Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında
Tarix: 25.08.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın tanınmış heykəltəraşı, müasir incəsənətin görkəmli nümayəndələrindən biri Toni Kreqqin “Nəzər nöqtələri” əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur. Əsər Mərkəzin parkında təqdim edilir.
Xatırladaq ki, 2014-cü ildə Heydər Əliyev Mərkəzində Toni Kreqqin fərdi sərgisi keçirilib. 2014-cü il aprelin 9-dan avqustun 31-dək davam edən sərgidə heykəltəraşın 28 əsəri nümayiş olunub. Sərgidən sonra “Nəzər nöqtələri” əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasına daxil edilib.
Toni Kreqqin indiyədək dünyanın müxtəlif ölkələrində 350-dən çox fərdi sərgisi təşkil olunub. Onun müxtəlif materiallardan - bürünc, mərmər, ağac, polad, plastik, keramika, farfor və şüşədən hazırladığı heykəllər muzeylərlə yanaşı, London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Stokholm kimi şəhərlərin küçə və meydanlarını da bəzəyir.
Onu da əlavə edək ki, hazırda Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında dünyada məşhur olan bir sıra müəlliflərin əsərləri nümayiş olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info