Şəhriyar Məmmədyarov “Vyana Open 2015” festivalının qalibi olub
Tarix: 26.08.2015 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Avstriyada keçirilən “Vyana Open 2015” beynəlxalq şahmat festivalı başa çatıb. 50 ölkədən 850 şahmatçının iştirak etdiyi yarışda Azərbaycanın idman şərəfini Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov, Afiq İsrafilov və digərləri təmsil ediblər.
Festival A ,B, C və D turnirlərindən ibarət olaraq keçirilib. Festival çərçivəsində, həmçinin Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilə yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət qarşılaşma oynanılıb. Şəhriyar Məmmədyarov 3,5-2,5 hesabı ilə yarışın qalibi olub. Festivalın “A” turnirində mübarizə aparan təmsilçilərimizdən Eltac Səfərli aktivinə 7 xal yazaraq 6-18-ci yerləri bölüşdürüb. Nərgiz Umudova isə 9 oyundan 5,5 xal toplayıb. “C” turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6,5 xalla 6-cı, Afiq İsrafilov isə 6 xalla 17-ci yerin sahibi olub. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info