Beynəlxalq festival çərçivəsində “Azərbaycan günü”
Tarix: 26.08.2015 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının Qyonsanbuk əyalətində keçirilən Qyonqcu İpək Yolu festivalı çərçivəsində "Azərbaycan günü” adlı konsert proqramı təşkil edilib. BMT-nin ixtisaslaşmış qurumu olan Dünya Turizm Təşkilatının dəstəyi ilə təşkil edilən və qədim İpək yolu üzərindəki ölkələr arasında tarixən mövcud olmuş mədəni əlaqələri günümüzdə yenidən qurmaq, inkişaf etdirmək, habelə mədəniyyət mübadiləsi ilə dünyada sülh prosesinə töhfə vermək məqsədi daşıyan festivalın proqramına daxil olan milli günlərdən birincisi Azərbaycana həsr olunmuşdu.
Konsertin açılış mərasimində çıxış edən Qyonqcu şəhərinin meri Çoi Yanq-şik qədim İpək yolunun ortasında yerləşən Azərbaycanın Qərb və Şərqi birləşdirdiyini deyib. O, Azərbaycanın özünəməxsus zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulayaraq, tədbirin həmin mədəniyyət ilə yaxından tanış olmaq imkanı baxımından əhəmiyyətini vurğulayıb. Ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov xalqlarımız arasında qədim İpək yolu dövründə yaranmış əlaqələrin hazırda yeni formada inkişaf etdiyindən, bu istiqamətdə mədəni əməkdaşlığın vacib rolundan bəhs edib. Bakıdakı Şərq Təbabəti Klinikasının baş həkimi xanım Zərifə Quliyeva SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın təbrik məktubunu oxuyub. Sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Seuldakı səfirliyinin dəstəyi ilə keçirilən “Azərbaycan günü”ndə rəqqaslar, pianoçu və solistlər, saz ifaçıları koreyalı sənətsevərlər qarşısında milli musiqimizi təqdim etdilər. Proqrama Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında “Cəngi”, “Nəlbəki”, “Qarabağ yallısı”, “İgidlər” xalq rəqsləri, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Qızların rəqsi”, “Odlar yurdu” (Eldar Mansurov) və “Qobustan” (Cavanşir Quliyev) rəqsləri ifa olundu. Əməkdar artist Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, o cümlədən solistlər - Əməkdar artistlər Teyyub Aslanov və Nuriyyə Hüseynovanın ifasında “Bana, bana gəl” (Cahangir Cahangirov), “Bəri bax” və “Yaylığım” xalq mahnıları və “Qarabağ şikəstəsi” səsləndi. Bundan başqa, solistlər Əməkdar artist Anar Hüseynli və Lətifə Soyuöz, Naibə Şahməmmədova (piano) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrə və Əsgərin duetini, “Sarı gəlin” xalq mahnısını, “Xalq Heydər söyləyəcək” mahnısını ifa etdilər. Qəbələdən olan saz ifaçıları Nürəddin Xanlarov və Zeynəb Xanlarova koreyalı tamaşaçıları milli musiqimizin qədim janrlarından olan saz sənəti ilə tanış etdilər. “Azərbaycan günü” Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifası ilə sona çatdı. Tamaşaçıların böyük diqqətlə izlədiyi konsertə yerli mətbuatın da marağı böyük idi. Qeyd edək ki, “Azərbaycan günü”ndən əlavə, incəsənət ustalarımız bir həftə ərzində hər gün iki dəfə mədəniyyət proqramı ilə çıxış edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib
06.12.2019
Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək
05.12.2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info