Meksika Konqresi Azərbaycanla bağlı qətnamə qəbul edib
Tarix: 27.08.2015 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Meksika Konqresinin Daimi Komissiyasının Xarici Əlaqələr, Müdafiə və İctimai Təhsil üzrə İkinci Komitəsində “Federal icra hakimiyyətini Azərbaycan Respublikası ilə Meksika arasında münasibətlərin genişləndirilməsi üçün zəruri addımlar atmağa çağıran razılaşma mövqeyi üzrə birgə təklif” adlı qətnamə qəbul edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, sənəd Daimi Komissiyaya Meksika Senatı Xarici əlaqələr komissiyasının sədri senator Qabriela Kuevas Barron, senator Pilar Orteqa Martinez və senator Xuan Karlos Romero tərəfindən təqdim edilib.
Qətnamədə Azərbaycan haqqında məlumat verilərək 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, Meksikanın Azərbaycan ilə Latın Amerikası arasında bir körpü rolunu oynadığı, müstəqilliyini əldə etdikdən sonra ölkəmizin neft iqtisadi inkişafa nail olduğu və bütün bunların ölkədə kommunikasiya, elm və texnologiya, sosial rifahın yüksəlişi, müasirləşmə və innovasiyalara səbəb olduğu qeyd edilib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu vurğulanaraq, Qafqazın ən strateji ölkələrindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizin neftin hasilatı, istismarı və emalı sahəsində 150 ildən artıq təcrübəyə malik olduğu və Meksikanın bu təcrübədən bəhrələnə biləcəyi və Azərbaycandan əldə ediləcək biliklərin köməyi ilə hazırda Meksikada mövcud olan neft resurslarının istismar edilə biləcəyi kimi məqamlar da sənəddə öz əksini tapıb.
Azərbaycanın kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, qeyri-neft sektorunun inkişafı sahələrindəki nailiyyətləri barədə məlumat verilərək ölkənin enerji, turizm, mədən sənayesi, telekommunikasiya, elm, texnologiya və digər sahələrə beynəlxalq sərmayələr yatırdığı bildirilib.
Sözügedən sənəddə eləcə də hər iki ölkənin zəngin mədəni irsə malik olduğu qeyd edilərək Azərbaycan xalçalarının bəşər irsinin bir hissəsi olduğu, musiqi, ədəbiyyat, rəqs, incəsənət, mətbəx, kino və bayramların ölkə mədəniyyətinin əsas elementlərini təşkil etdiyi bildirilib.
Qətnamədə iki ölkə arasında iqtisadi, enerji, mədəniyyət, kənd təsərrüfatı tədqiqatları, texnoloji inkişaf səhələrində əməkdaşlığın vacibliyi vurğulanaraq Meksika Federal Hökumətinə Azərbaycan və Meksika arasında münasibətlərin gücləndirilməsinin zəruriliyi ilə bağlı çağırış edilib.
Qətnamə Meksika Senatının rəsmi internet ünvanında yerləşdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir
26.02.2020
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır
26.02.2020
Azərbaycan XİN başçısının müavini Zöhrab Mnatsakanyana cavab verib
26.02.2020
Fransa portalı: Faciələri tarixə həkk etmək yaddaşımızın borcudur
26.02.2020
Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
4 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
5 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info