“Miqrant böhranı Qərbin Suriya və Liviyada qanunsuz fəaliyyətinin nəticəsidir”
Tarix: 01.09.2015 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


Markus Papadopulos: “Qərb dövlətləri miqrantlarla bağlı yaranan indiki böhranın və “İŞİD” terror təşkilatının meydana çıxmasının əsas günahkarıdırlar”
Yaxın Şərq ölkələrindən canlarını götürüb qaçan minlərlə miqrant Avropaya daxil olmaq uğrunda mübarizə aparır. Küçələrdə ac-susuz qalan, qucağındakı körpəsini avropalı polisin dəyənəyindən qorumağa çalışan miqrantların bu vəziyyətə düşməsinin səbəbi elə qapılarına getdiyi ölkələrin həyata keçirdiyi siyasətdir.
Yüzlərlə suriyalı, liviyalı, iraqlı qaçqın başlarına yağan bombalardan canlarını götürüb qaçaraq Aralıq dənizində boğulmaqla həyatla vidalaşır. Axı bu insanlar niyə öz doğma evlərindən didərgin düşürlər? “Politics First” jurnalının baş redaktoru Markus Papadopulos qeyd edib ki, Avropada yaranan miqrant böhranının əsas günahkarı Liviya, Suriya kimi ölkələrdə Qərb dövlətlərinin həyata keçirdiyi yanlış siyasətdir. Britaniyada beynəlxalq məsələlər üzrə tanınmış ekspert olan cənab Papadopulos “RİA Novosti”yə dəyərləndirməsində bildirib ki, miqrant problemi, qanunsuz yollarla Avropaya daxil olmaq istəyənlərin sayının artması artıq günün reallığıdır : “Bütün bunların əsas günahkarı Qərb dövlətlərinin Suriya və Liviyada qanunsuz fəaliyyətidir.

“Britaniya və Fransa müdaxiləsindən əvvəl Liviyadan nə qədər insan miqrant kimi Avropaya üz tuturdu? İndiki rəqəmlərlə müqayisə edəndə minimal sayda. Suriyadan isə Qərbin müdaxiləsinə qədər Avropaya miqrant kimi üz tutan, demək olar ki, yox idi”

Qərb dövlətləri, əsasən də ABŞ, Britaniya və Fransa miqrantlarla bağlı yaranan indiki böhranın və “İŞİD” terror təşkilatının meydana çıxmasının əsas günahkarıdırlar. Britaniya və Fransa 2011-ci ildə Liviyaya hərbi müdaxilə həyata keçirərək, bu ölkənin neft sənayesinə nəzarəti ələ almaq üçün dini qruplaşmaları dəstəklədilər. Bu addım BMT xartiyasının və beynəlxalq hüququn kobudcasına pozulması idi. London və Parisin Liviyaya hərbi təcavüzü nəticəsində bu ölkədə qanuni və legitim hakimiyyət devrildi, ölkə parçalandı, tam xaosa büründü. Və bu gün Liviya, demək olar ki, mövcud olmayan dövlətdir. Qərb dövlətləri analoji siyasəti Suriyaya qarşı da həyata keçirirlər. ABŞ-ın rəhbərliyi altında Britaniya və Fransa Suriyada dini qruplaşmaları dəstəkləyərək legitim hakimiyyəti və lideri devirməyə çalışır. Fransa və Britaniyanın hərbi müdaxiləsinin nəticəsidir ki, Suriya bu gün döyüş meydanına çevrilib. Halbuki münaqişə başlayana qədər Suriya dünyada turistlərin təhlükəsiz səyahət edə bildiyi yerlərdən sayılırdı. Britaniya və Fransa müdaxiləsindən əvvəl Liviyadan nə qədər insan miqrant kimi Avropaya üz tuturdu? İndiki rəqəmlərlə müqayisə edəndə minimal sayda. Suriyadan isə Qərbin müdaxiləsinə qədər Avropaya miqrant kimi üz tuta, demək olar ki, yox idi.

“Qərbin dəstəklədiyi dini qruplaşmaların üzvü olan terrorçular birləşərək “İŞİD”-i yaradıblar. Həmin təşkilat onlara lazım olan pulu, silahı Qərbdən və onların regiondakı müttəfiqlərindən alır. İraq ərazisində də “İŞİD”, ABŞ və Britaniya hərbi müdaxiləsindən sonra
yaranıb”.


ABŞ və Britaniyanın müdaxiləsinə qədər heç İraqdan da insanlar miqrant kimi Avropaya üz tutmurdu. İndi İraq vətəndaşları da kütləvi şəkildə ölkələrini tərk edirlər. Deməli, bu gün Avropanı bürüyən miqrant problemi Qərbin qanunsuz, düşünülməmiş və qısamüddətli məqsədlər üçün həyata keçirdiyi siyasətin nəticəsində yaranıb”. Ekspert bildirib ki, böhran Liviya və Suriyada vəziyyət düzələnə qədər davam edəcək: “Qərb dövlətləri bu ölkələrdə xaos yaratmalarına baxmyaraq, məsuliyyəti üzərlərinə götürmək istəmir, ziyanlı siyasətlərini davam etdirirlər. Britaniya və Fransa Liviyada “Pandora qutusu”nu ya bağlaya bilmir, ya da hələ bağlamaq istəmirlər. Suriyada da eyni siyasət davam etdirilir-legitim hökumətin devirməyə çalışırlar. Bununla da Rusiya və İranın təsirini kəsmək istəyirlər. Unutmaq lazım deyil ki, Suriyada “İŞİD”in mövcudluğu Qərbin maraqlarına uyğundur. Qərb dini qruplaşmaları dəstəkləməklə terror təşkilatının yaranmasına lazımi şərait yaradıb. Qərbin dəstəklədiyi dini qruplaşmaların üzvü olan terrorçular birləşərək “İŞİD”-i yaradıblar. Həmin təşkilat onlara lazım olan pulu, silahı Qərbdən və onların regiondakı müttəfiqlərindən alır. İraq ərazisində də “İŞİD”, ABŞ və Britaniya hərbi müdaxiləsindən sonra yaranıb”. Ekspert hesab edir ki, Suriyada vəziyyəti düzəltməyə, az da olsa, şans var. Amma Liviya və İraqda vəziyyət çox pisdir: “Avropa İttifaqının sərhədlərini möhkəmləndirmək, miqrant ticarəti ilə məşğul olanları həbs etməklə müəyyən qədər problemin qarşısını almaq olar. Amma bunun üçün zaman və resurs lazımdır. Heç bu yol da problemi həll etməyəcək. ABŞ, Britaniya və Fransa Suriyada terorçu qruplaşmalara dəstəyi dayandırmaqla miqrant axınını bir qədər azalda bilərlər. Çünki Suriya hakimiyyəti qanuni yolla öz ölkəsinə nəzarət edə bilər. İraq və Liviya isə yaxın illər ərzində də iflic vəziyyətində olacaq. Ona görə də bu ölkələrdən Avropaya miqrant axını gündəlik qarşılaşdığımız reallıq olacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info