“Yeni söz karvanı” Lerikdə
Tarix: 02.09.2015 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi “Yeni söz karvanı” layihəsi çərçivəsində növbəti tədbir Lerikdə keçirilib.
Lerik Rayon Mədəniyyət evində keçirilən mərasimi Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açıb. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2008-ci ildən başlayaraq hər il ənənəvi olaraq respublikanın şəhər və rayonlarında tanınmış şair və yazıçıların, ədiblərin və muğam ifaçılarının iştirakı ilə keçirilən tədbirlər insanların geniş rəğbətini qazanıb. Məqsəd xalqımızın mədəniyyətinin, ədəbiyyatının təbliği ilə yanaşı, ölkənin regionlarında yaşayan insanların respublikanın yaradıcı ziyalıları ilə birbaşa ünsiyyətini təmin etmək, yeni ədəbi nümunələrlə tanış olmasına imkan yaratmaqdır. Şair Çingiz Əlioğlu çıxışında Prezidentin rəhbərliyi ilə sürətlə inkişaf edən respublikamızın, o cümlədən regionlarımızın gündən-günə gözəlləşdiyini, tikinti-quruculuq işlərinin vüsət aldığını, bu inkişafın Lerik rayonunda da yüksək səviyyədə olduğunu bildirib. Tədbir iştirakçılarının arzusu ilə əsərləri dünyanın bir çox ölkələrində nəşr olunmuş şair Çingiz Əlioğlu yaradıcılığından bəzi nümunələri təqdim edib. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqəti ilə əhatə olunan muğam sənəti, keçirilən muğam festivalları haqqında məlumat verilib, muğamın Azərbaycan xalqının milli sərvəti olduğu diqqətə çatdırılıb. Muğam müsabiqəsinin iştirakçıları olan gənc ifaçılar Sədəf Budaqova və Sərxan Bünyadzadə bir-birindən maraqlı musiqi nömrələri ifa ediblər. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elbəy Əli tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çızxışında Prezidentin rəhbərliyi ilə son illər bütün sahələrdə olduğu kimi, xalqımızın milli adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin təbliği və inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, Bakının beynəlxalq mədəniyyət mərkəzinə çevrildiyini, hər il dünya səviyyəli beynəlxalq elmi, mədəni, dini forumların ölkəmizdə keçirilməsinin bunun əyani təsdiqi olduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info