Azərbaycan XI Kazan beynəlxalq müsəlman kinosu festivalında təmsil olunacaq
Tarix: 04.09.2015 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Sentyabrın 5-də 11-dək Tatarıstanın Kazan şəhərində XI Kazan beynəlxalq müsəlman kinosu festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, festival "Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi altında baş tutacaq. Festivalın proqramına 25 ölkədən bədii, sənədli və animasiya filmləri olmaqla, ümumilikdə 50 ekran əsəri daxil edilib.
Azərbaycanı festivalda "Bakı sübhdən günbatanadək" sənədli ("Tammetrajlı sənədli filmlər" kateqoriyası) və "Köhnə saat" cizgi ("Animasiya filmləri" kateqoriyası) filmləri təmsil edəcək.
"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik 18 süjet çəkilib və bu filmlərdən 50 dəqiqəlik tammetrajlı sənədli film ərsəyə gəlib. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.
Qeyd edək ki, "Azanfilm"in "Birlik" yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info