Xədicə üçün “ağlayanlar”...
Tarix: 05.09.2015 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Yaxşı olar ki, səbəb olduqları insanlıq faciəsi haqqında düşünsünlər
Azərbaycan cəmiyyətində Xədicə İsmayıl adlı şəxsin sırf cinayət əməlinə görə həbs olunduğu bəllidir. Onun cinayət əməlləri məhkəmə ilə sübuta yetirilib və X.İsmayıl sırf cinayət törətdiyinə görə məsuliyyətə cəlb olunub, haqqında həbs qərarı çıxarılıb.
Beləliklə, bu cür hallar hər hansı bir ölkənin daxili işidir və konkret cinayət əməli törətmiş bir şəxsin məsuliyyətə cəlb olunması, qanun və hüquqa hörmət edən kimsədə narahatlıq doğurmamalıdır. Amma təəssüf ki, bu məsələdən narahat olanlar var.
Bu “narahat”lar isə bəzi Qərb dairələrinin təmsilçiləridir. Belə ki, Xədicə İsmayılla bağlı Qərb dairələrindən ardıcıl bəyanatlar gəlməkdədir. Bu cür “narahatlıq ifadə edən” bəyanatlar Qərb dövlət qurumları, beynəlxalq qurumlar, “insan haqları gözətçiləri” kimi tanıdılan xarici QHT-lər və sair səviyyədə bir-birini əvəzləməkdədir. Bütün bu bəyanatları sərf-nəzər edəndə, belə fikrə gəlmək olur ki, həmin Qərb dairələrinin sanki bir dərdi varmış - Xədicə İsmayıl. Sanki bunların əsas məşğuliyyəti Xədicəyə “həyan durmaq” imiş...
Məsələn, Avropa parlamentində liberal demokratlardan ibarət fraksiya bu məsələyə münasibət bildirib. Yaxud ABŞ-ın “The Washington Post” qəzeti Xədicə İsmayılla bağlı məsələyə xüsusi məqalə həsr edib. ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Bayer Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində çıxarılan hökmlə bağlı bəyanat verib: "Biz Azərbaycan hakimiyyətini insan hüquqlarına və bütün vətəndaşların fundamental hüquqlarına riayət olunması haqqında ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq”.
Göründüyü kimi, Avropa qurumları Xədicənin cinayət əməlinə görə həbsindən “çox narahatdırlar”. Bəs bu “narahatlıq” nədən doğur və indiki situasiyada nə dərəcədə “ədəblidir”?

Həmin Qərb dairələrinin informasiya savaşı texnologiyaları işə düşüb - Azərbaycan kimi müstəqil inkişaf xətti tutmuş ölkələrə qarşı bu cür iradlarla gündəm formalaşdırmaq, “dünyanın xəbər palitrasını” ərsəyə gətirmək və diqqəti, əslində, birbaşa özlərinin məsuliyyət daşıdıqları Avropa sahillərində baş verməkdə olan bəşəri faciədən yayındırmaq...

Əvvəla onu qeyd edək ki, dəfələrlə Azərbaycan rəsmiləri də, ictimaiyyət nümayəndələri və siyasilər də bildiriblər ki, ölkəmiz üzərinə Avropa qurumları və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə həmişə əməl edib, bu öhdəliklərin hər biri ölkəmiz tərəfindən yerinə yetirilib və yetirilməkdədir. Eyni zamanda, insan haqları məsələsində də Azərbaycandakı mövcud şərait və vəziyyət, hər hansı Avropa ölkəsində olduğundan geridə qalmır. Ayrıca, “insan haqları” biznesinin bəzi Qərb dairələrinin əlində necə “kəsərli” vasitə olduğunu da bu gün bütün dünya ölkələrində beynəlxalq siyasi prosesləri izləyənlər çox yaxşı anlayırlar ki, bu da başqa bir mövzudur.
İkincisi isə, qeyd etdiyimiz kimi, Xədicə haqqında məhkəmənin qanuni hökmü qüvvəyə minib və orada sübut olunub ki, o, konkret cinayət əməli törədib. Dünyanın heç bir ölkəsində cinayət əməli törədən hər hansı sosial statusa malik şəxsi azad və sərbəst buraxmaq, cəzalandırmamaq təcrübəsi yoxdur. Bu cür cinayət əməlləri bütün dünyəvi hüquq sistemində cəza ilə qarşılanır və yəqin ki, hər bir Avropa ölkəsində də belədir.
Üçüncüsü isə Avropadan bir xeyli uzaqda yerləşən Azərbaycanda bir nəfərin cinayət məsuliyyətinə cəlb olunması, az qala, bütün aparıcı Qərb media qurumlarının gündəmini və Qərb təşkilatlarının, müvafiq dövlət strukturlarının əsas diqqətini təşkil edir. Bu, olduqca qəribə görünür. Xüsusilə indiki situasiyada. Belə ki, hazırda bütün dünya Avropada bütün dünyanı sarsıdan insanlığın ən rəzil dramı - suriyalı, Yaxın Şərqli miqrtantların Avropa sahillərində müəmmalı şəkildə kütləvi halda boğulması, mələk üzlü körpələrin cəsədlərinin Avropa sahillərini bürüməsindən danışır. Həm də dəfələrlə Liviyadan, Suriyadan və digər Yaxın Şərq ölkələrindən olan qaçqınların gəmi ilə əksər hallarda Avropa sahilləri yaxınlığında, sahildəkilərin və Avropa xilasedici qruplarının gözləri önündəcə müəmmalı şəkildə batması da ayrıca müzakirə mövzusudur. Həmin qaçqınlarla bağlı məqsədli olaraq və rəsmi şəkildə xilasetmə işlərinin ixtisara salınması ilə bağlı indiyə qədər verilmiş qərarları da bura əlavə etmək lazımdır. Bu isə dolayı olaraq, həmin günahsız insanların, tifil körpələrin sulara qərq olmasına göz yummaq, şərait yaratmaq deməkdir. Bəs səbəb nədir ki, həmin qaçqınlar kütləvi şəkildə doğma yurdlarından baş götürüb qaçırlar? Hətta sularda batma riski nə qədər yüksək olsa belə, ölkələrini gəmi və bərələrlə tərk edirlər? Səbəb məhz həmin Qərb dairələrinin gizli planları, təşəbbüsləri və “xeyir-duası” ilə həmin Yaxın Şərq ölkələrində başlanan “ərəb baharı”dır. Əgər belədirsə, onda Avropa sahillərində baş verən kütləvi insan ölümləri təkcə təsadüfün və laqeydliyin nəticəsi yox, həm də həmin miqrantların ölkələrinin yox edilməsi, təbii sərvətlərinin isə “insansız” və “maneəsiz” ələ keçirilməsi ilə bağlı planların məntiqi davamıdır. Amma bu insan tələfatının miqyası o qədər böyük, xarakteri o qədər rəzil və amansızdır ki, bu gün bütün dünya Avropanı, həmin “insan haqları beşiyi” olan dövlət və qurumları ittiham edir. Belə bir situasiyada isə, nədənsə, Avropada baş verənlər həmin Qərb dairələri tərəfindən “unudulur”, əvəzində isə Azərbaycanda hansısa cinayət törətmiş şəxs barədə məsələlər qabardılır. Təbii ki, bu da təsadüfi deyil. Belə ki, burada da həmin Qərb dairələrinin informasiya savaşı texnologiyaları işə düşüb - Azərbaycan kimi müstəqil inkişaf xətti tutmuş ölkələrə qarşı bu cür iradlarla gündəm formalaşdırmaq, “dünyanın xəbər palitrasını” ərsəyə gətirmək və diqqəti, əslində, birbaşa özlərinin məsuliyyət daşıdıqları Avropa sahillərində baş verməkdə olan bəşəri faciədən yayındırmaq...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info