Özbəkistan mətbuatı Nizami Gəncəvidən yazıb
Tarix: 08.09.2015 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki "uchildiz.uz" portalında azərbaycanlı alimi, fəlsəfə elmləri doktoru Cabbar Məmmədovun "О некоторых спорных вопросах относительно родины и национальности Низами Гянджеви" adlı məqaləsi yer alıb. Materialda böyük filosof şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir, "Xəmsə"nin dünya mədəniyyətinin inciləri sırasına düşdüyü qeyd olunur. Məqalədə deyilir ki, böyük şairin bu əsərlərinə Azərbaycan, türk, fars, ərəb, özbək və digər dillərdə yüzdən artıq nəzirə yazılıb.
Qeyd olunur ki, Nizami Gəncəvinin yaradıcılığı ancaq Şərqin deyil, həm də Qərb dünyasının sərvətidir. Haqlı olaraq böyük düha sahiblərindən biri Nizami Gəncəvini bütün xalqların və bütün zamanların dahi şairi adlandırıb. Vurğulanır ki, Nizaminin əsərlərinə çəkilmiş illüstrasiyalar Londondakı Britaniya, Parisdəki Luvr muzeylərində, İstanbuldakı Topqapı, Moskvadakı Tretyakov qalereyalarında və digər yerlərdə saxlanılır.
Məqalə tarixi faktlara əsaslanaraq Nizami Gəncəvinin doğulduğu və yaşadığı yer haqqında araşdırmanı da özündə əks etdirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info