“Moldovanın avrointeqrasiya kursu iflasa uğrayıb”
Tarix: 08.09.2015 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


“Kişinyovun mərkəzində baş verənlər göstərir ki, avrointeqrasiya kursunun başlamasından keçən 6 il ərzində xalq daha da kasıblaşıb. 6 il əvvəl ölkə əhalisinin 70 faizi Avropaya inteqrasiyanı dəstəklədiyi halda, indi bu dəstək iki dəfə azalıb”

Moldova paytaxtı Kişinyov son bir neçə günü etiraz aksiyalarına “ev sahibliyi” edir. DA adlı vətəndaş platforması və “Bizim ev-Moldova” partiyasının tərəfdarları bazar günündən hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər.
Moldova Daxili İşlər Nazirliyi aksiyada 40 min nəfərin, təşkilatçılar isə 100 min nəfərin iştirak etdiyini elan ediblər.
Vətəndaş platforması hökumət binasının qarşısında “çadır şəhərciyi” yaradıb. Aksiya iştirakçıları prezidentin, hökumətin, baş prokurorun istefa verməsini, korrupsiyaya qarşı mübarizə aparılmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. “RİA Novosti”nin məlumatına görə, aksiya iştirakçıları prezident Nikolay Timofati, baş nazir Streleç və spiker A.Kandunun onlarla görüşəcəyinə ümid edirlər.

Politoloq İqor Dodon: “Avropa İttifaqı ilə saziş imzalanarkən vəd olundu ki, xalqın sosial vəziyyəti yaxşılaşacaq, yeni iş yerləri yaradılacaq, pensiyalar, maaşlar artacaq. Amma vəziyyət düzəlmək əvəzinə, daha da pisləşib”

Yerli KİV yazır ki, baş nazir Streleç Moldova dövlət başçısının şəhər ətrafında yerləşən iqamətgahında onunla görüşərək ölkədəki vəziyyəti və aksiya iştirakçılarının tələblərini müzakirə edib. Mitinq iştirakçıları bildirirlər ki, xaricdə yaşayan, işləyən Moldova vətəndaşları da aksiya iştirakçıları ilə həmrəy olduqlarını müxtəlif yollarla onlara çatdırır. Yerli sakinlər çadırlarla qalan aksiya iştirakçılarına yemək və su gətirir. Meydanda 100-ə yaxın çadırın olduğu qeyd edilir. Moldova Prezidenti Administrasiyasının baş katibi İon Peduraru “Ziarul National” nəşrinə açıqlamasında bildirib ki, dövlət başçısı istefa verməyə hazırlaşmır və onun istefası hazırda “dövlətin maraqlarına ziddir”. Baş katib bildirib ki, dövlət başçısı mitinq iştirakçıları ilə görüşmək məsələsini müzakirə edə bilər: “Prezidentin istefası məsələsi bir gün ərzində meydana çıxıb. Nədənsə, qısa müddət ərzində prezidentin istefası məsələsi aksiyanın leymotivinə çevrilib. Amma indiki şərtlər çərçivəsində istefa mümkün deyil. Prezident istefa verməyəcək”. “RİA Novosti” xəbər verir ki, hökumət nümayəndələri aksiya iştirakçıları ilə danışıqlara başlamasa, aksiya prezidentin iqamətgahı qarşısında keçiriləcək. Moldova parlamentinin üzvü, politoloq İqor Dodon bildirib ki, aksiyalar korrupsiyanın baş alıb getməsi, həyat səviyyəsinin kəskin pisləşməsi və hökumətin avrointeqrasya kursunun iflasa uğraması ilə bağlıdır: “Kütləvi aksiyalar göstərir ki, xalq hökumətin Avropaya inteqrasiya kursundan narazıdır. Kişinyovun mərkəzində baş verənlər göstərir ki, avrointeqrasiya kursunun başlamasından keçən 6 il ərzində xalq daha da kasıblaşıb. Ona görə də insanlar kütləvi şəkildə meydanlara çıxıb. Bu isə o deməkdir ki, Moldovanın avrointeqrasiya kursu iflasa uğrayıb. Avropa İttifaqı ilə saziş imzalanarkən vəd olundu ki, xalqın sosial vəziyyəti yaxşılaşacaq, yeni iş yerləri yaradılacaq, pensiyalar, maaşlar artacaq. Amma vəziyyət düzəlmək əvəzinə, daha da pisləşib. Paradoks ondadır ki, aksiyanı təşkil edənlərin özləri də avrointeqrasiya kursunu dəstəkləyənlər olub. İnsanlar qiymətlərin baha olmasından, aşağı maaşdan, iş yerlərinin olmamasından narazıdır. İnsanlar artıq hansı yolun ölkənin real inkişafına səbəb olacağını, xalqın xeyrinə olacağını anlamağa başlayıb. Mən əminəm ki, vətəndaşların böyük əksəriyyəti hakimiyyətə avropayönümlülərin deyil, Moldova yönümlülərin gəlməsini istəyir. 6 il əvvəl ölkə əhalisinin 70 faizi Avropaya inteqrasiyanı dəstəklədiyi halda, indi bu dəstək iki dəfə azalıb. Moldova vətəndaşlarının 55 faizindən çoxu Avrasiya əməkdaşlığını dəstəkləməyə hazırdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info