Alim Qasımovdan möhtəşəm Kuala-Lumpur konserti
Tarix: 09.09.2015 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və "Pusaka" qurumunun təşkilatçılığı ilə "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Kuala-Lumpurun əzəmətli konsert sarayı "Dewan Filarmonik Petronas"da tanınmış muğam ustası, Xalq artisti Alim Qasımovun konserti keçirilib.
Konsertə gələnlər arasında Malayziyanın sabiq Baş naziri Əhməd Bədəvi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış sənətçilər, yerli və xarici media qurumlarını təmsil edən jurnalistlər, Kuala-Lumpurda yaşayan həmvətənlərimiz olublar. "Sarı gəlin" Azərbaycan xalq mahnısı ilə başlayan konsertdə görkəmli sənətkar Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın ifasında səslənən muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Konsertdən sonra sənətkarlarla görüşən tamaşaçılar onların ifasına heyran qaldıqlarını, Azərbaycan musiqisini canlı dinləmək fürsəti əldə etdiklərini və ölkəmizin belə zəngin musiqi mədəniyyətinə malik olmasının bir daha canlı şahidi olduqlarını bildiriblər. Azərbaycan musiqi alətlərinin onlarda böyük maraq doğurduğunu vurğulayıblar. Alim Qasımovun Malayziyaya səfəri və "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalında çıxışı yerli mətbuatda da geniş işıqlandırılıb. Konsertdən bir gün əvvəl Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Alim Qasımovun şərəfinə ziyafət təşkil olunub. Ziyafətdə bir sıra yüksək səviyyəli qonaqlar, KİV nümayəndələri, Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər. Ziyafət çərçivəsində tanınmış sənətkar Alim Qasımov jurnalistlərin suallarını da cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info