Moskvada rəssam Əsgər Məmmədovun 70 illik yubileyi qeyd olunub
Tarix: 09.09.2015 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Moskvada Azərbaycan və Rusiya Federasiyasının əməkdar rəssamı Əsgər Məmmədovun 70 illik yubileyi qeyd olunub.
Mərkəzi Rəssamlar Evində Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əsgər Məmmədovun 70 illik yubileyinə həsr olunan sərginin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun, Ümumrusiya Azərbaycan Konqresinin və hər iki ölkənin ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Polad Bülbüloğlu Əsgər Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edərək səfirlik adından onu təşəkkürnamə ilə təltif edib: "Hər bir rəssamın həyatında şəxsi sərgisi böyük hadisə olur. Bu gün bu sərgidə yeni əsərlər nümayiş olunur. Görünür ki, bu əsərlər Əsgər Məmmədovun doğma yurdu Qarabağa nostalgiyası ilə bağlıdır".
Rəssamın şəxsi keyfiyyətlərindən danışan səfir bildirib ki, əsərlərinin bir neçə dəfə yanğın nəticəsində məhv olmasına baxmayaraq, Ə. Məmmədov özündə güc toplayaraq rəsm çəkməyə davam edib.
Ə. Məmmədov isə çıxışında ona verilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, səfir Polad Bülbüloğluna və Rusiyadakı Azərbaycan diasporuna təşəkkürünü bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info