Bircə yalan demə mənə
Tarix: 09.09.2015 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Bircə yalan demə mənə
İstəmirəm. Sevmə məni,
Sevdiyini demə də heç.
Ağlat məni ən dərindən,
Zildən ağlat, bəmə də keç.
Xoşbəxtlik də vermə mənə,
Varlığınla yetinərəm.
Razıyam lap kor et məni,
Aydınlığı qoyma görəm.
Dağ çək sevən ürəyimə,
Bir də çiçək bitirməsin.
Qoy, yanıma hər gəlişin,
Mənə sevinc gətirməsin.
Deyin gecə-gündüz, danış,
Mən qərq olum qəmə yenə.
Nə istəsən et, qəbuldu,
Bircə yalan demə mənə.

Adam gəzirəm
Mənim dərdlərimin yiyəsi ölüb.
Dərdimi çəkməyə adam gəzirəm.
Çəkib- yarısını mənimlə bölüb,
Göz yaşı tökməyə adam gəzirəm.
Qaşığım boş çıxır dolu qazandan,
Məsləhət alırıq yolu azandan.
Səksənir Allahın qulu azandan,
Səcdəyə çökməyə adam gəzirəm.
"Şeytanlar" salıbdır bizləri şərə,
Bir məzhəb qayırır özündən hərə.
Öndərlik eyləyib daş ürəklərə,
İmanı əkməyə adam gəzirəm.

Xoşbəxtliyin qafiyəsi
Ey mənim ömrümü süsləyən qadın,
Sən mənim başımın tacısan, tacı.
Sevgiylə sevgiyə səsləyən qadın,
Yaralı qəlbimin oldun əlacı.
Qafiyə olmusan xoşbəxtliyimə,
Ən gözəl şeirim, sözüm də sənsən.
Necə də gözəlmiş, demə, bu dünya...
Dünyaya baxdığım gözüm də sənsən.
Adımı dəyişib "xoşbəxt" qoyardım,
Qorxuram kənardan göz dəyər mənə.
Təzəcə soyuyub keçmişin külü,
Hardansa alovlu köz dəyər mənə.
İzin ver gözündə yaşayım sənin,
Ey mənim ömrümü süsləyən qadın.
Tamamən özündə yaşayım sənin,
Sevgiylə sevgiyə səsləyən qadın.
Rauf Qərib Alagöz




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info