“Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsindən təəssüratlar
Tarix: 10.09.2015 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


“Gənclərə bu qədər diqqətin göstərilməsi Azərbaycanın parlaq gələcəyinin kapitalıdır”

Gənclərin liderlik bacarığının artırılması onların gələcək fəaliyyəti üçün motivasiya mənbəyidir. Bu, həm də gənclərin ictimai aktivliyinin artırılmasına xidmət edir. Bu baxımdan istər dövlət orqanları, istərsə də QHT-lər tərəfindən gənclər üçün müxtəlif tədbirlər keçirilir. Elə bu günlərdə Şəmkirdə keçirilən “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsi də gənclər üçün stimul olub. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən layihədə 40-a yaxın gənc iştirak edib. Bu layihədə xaricdə təhsil alan gənclər də iştirak edərək öz həmyaşıdları ilə təcrübələrini bölüşüblər. Həmin gənclərdən ikisi öz təəssüratlarını bizimlə bölüşüb.

“Bu layihə ömrümüzə qızıl hərflərlə yazıldı”

Varşava Sosiologiya Akademiyasının bakalavrı və “diaspora.az” saytının rəhbəri Nail Əhməd bu formatda olan layihələrdə kifayət qədər iştirak etdiyini və liderlik məktəbi haqda yetərincə məlumata malik olduğunu dedi: “Binəqədi Gənclərinin II Liderlik Məclisi” isə tamam başqa formatda idi və deyərdim ki, bütün münasibətlər sırf olaraq səmimiyyət üzərində qurulmuşdu. Buna görə də həmin zaman ərzində çoxlu dostlar qazandığımı deyə bilərəm. İnanıram ki, bu dostlarla isti münasibətimiz uzun müddət davan edəcək. Bu layihə ömrümüzə qızıl hərflərlə yazıldı. Həm ekskursiya, həm təlim treninq, həm əyləncə dolu bu liderlik məktəbində saysız-hesabsız yeni informasiyalar əldə etdim və eləcə də Şəmkir rayonunu kəşf etdik”.
Nail Əhməd hesab edir ki, layihə ərzində keçirilən intellektual oyunlarda yeni məlumatlar əldə etməkləri ilə yanaşı, həm də komanda ilə birgə işləmək bacarıqlarını inkişaf etdiriblər: “Bundan başqa, yeni dostlar qazanıb dostluq şəbəkəmi genişləndirdiyimi düşünürəm. Layihənin sonunda Şəmkir Rayon İcra Hakimiyyətinin təşkil etdiyi ziyafətə Liderlik məktəbinin iştirakçısı olaraq kiçik konsert proqramı hazırlamışdıq. Bu proqramda mən də bacardığımı etməyə çalışdım. Belə ki, Azərbaycanın məşhur “Naz eləmə” rəqsini xanım dostumuzla oynadıq. Kiçik zaman kəsiyində hazırladığımız bu rəqs rəsmilər və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Və sonda onu deyə bilərəm ki, bu layihə ərzində keçirdiyimiz günlər həqiqətən, yaddaqalan oldu. Onu da bildirim ki, burada öyrəndiyimiz yeni məlumatlar gələcək həyatımızda böyük köməyimiz olacaq”.

“Binəqədi rayonu gənc kadrlar üçün mühüm layihələr keçirməklə lazımlı addımlar atır”

Doğu Akdeniz Universitetinin tələbəsi, Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının (AİYA) idarə heyətinin üzvü, Diaspor Jurnalistləri Birliyinin Şimali Kipr üzrə təmsilçisi Rəşad Bədirli də Şəmkir səfərindən xoş təəssüratla qayıdıb.
Həmsöhbətimiz bu səfərdə gənclərə göstərilən diqqəti xüsusi vurğuladı: “Rəsmilər gənclərlə çox səmimi idilər. Gənclərə bu qədər diqqətin göstərilməsi Azərbaycanın parlaq gələcəyinin kapitalıdır. Buna görə mən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova, icra başçısının müavini Aygün Əliyevaya, baş məsləhətçi Rəvanə Əliyevaya, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramova dərindən təşəkkürümü bildirirəm”.
Onun fikrincə, bu layihə Binəqədi rayonunun gənclərə göstərdiyi diqqətin bariz nümunəsidir: “Binəqədi rayonu gənc kadrlar üçün mühüm layihələr keçirməklə lazımlı addımlar atır. Layihə çərçivəsində təlimlər və ekskursiyalar keçirildi. Təlimlər peşəkar təlimçilər tərəfindən keçirildi. Bu da gənclərə gələcək həyatlarında qazanacaqları uğur üçün bir addımdır. Ekskursiyalar zamanı Gədəbəy Qızıl mədəni ilə tanışlıq oldu. Gənclər qızıl mədənlərindən çıxan daşlarla, həmçinin qızıl və gümüşlərin necə ayrılması prosesi ilə tanış oldular. Şəmkir şəhərindəki su, şərab, çörək zavodlarında və digər yerlərdə iş prosesi ilə tanış olduq. Bu, biz gənclərə Azərbaycanın nələrə sahib olduğunu göstərdi. Biz də bu öyrəndiklərimizi xaricdə tanıdacağıq”.
Rəşad Bədirli dedi ki, Şəmkir Rayon İcra Hakimiyyəti işçiləri və digər şəxslər onları çox yüksək səviyyədə qarşılayıblar: “4 gün boyunca gənclərə unudulmaz anlar yaşatdılar. Onlar gənclərlə çox səmimi oldular, bir dost kimi gənclərə böyük önəm verdilər”.
DJB rəsmisi Gədəbəy və Şəmkir rayonlarının icra hakimiyyəti başçıları ilə görüşlərinin yadda qalan olduğunu vurğuladı: “Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı bizi Gədəbəylə tanış etdi. O, bizə Gədəbəydə aparılan abadlıq işlərindən söz açdı və gənclərlə əməkdaşlıq edərək bunları genişləndirməyi arzu etdi. Layihənin son günü isə gənclərə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ziyafət verildi. Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Prezident İlham Əliyevin gənclərə göstərdiyi etimaddan söz açdı. O, Şəmkir və Binəqədi rayon gənclər və idman idarələri arasında bağlanan memorandumdan danışaraq qarşılıqlı işlərin görüləcəyini vurğuladı. Ziyafət zamanı gənclər konsert proqramı hazırladı. Bu da başçının diqqətini çəkdi və belə istedadlarımızın olmasından fərəhləndiyini dedi”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info