İrandan Habil Əliyevlə bağlı başsağlığı
Tarix: 10.09.2015 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


İranın islami irşad və mədəniyyət nazirinin müavini Əli Muradxani xalq artisti Habil Əliyevin vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, Ə.Muradxaninin Azərbaycan xalqına ünvanladığı başsağlığı məktubunda bildirilir: “Tanınmış kamança ifaçısı Habil Əliyevin ölüm xəbərini eşitdik. Habil Əliyev musiqi sahəsində öz yaradıcılığı ilə sənət dünyasında həmişə yaddaşlarda qalacaq. O öz dəyərli yaradıcılığı ilə dünyanın bir çox ölkələrində, o cümlədən İranda musiqi xadimləri, sənət ustaları və xalq tərəfindən sevilirdi. Habil Əliyev təkcə Azərbaycanda deyil, həm də İranda hörmətli və sevilən bir sənət adamı kimi tanınırdı. Onun sənəti İran və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında və yaxınlaşmasında təsiredici rola malik idi. Mən bu dahi sənətkarın ölümünü bütün sənət aləminə, xüsusi ilə Azərbaycan xalqına böyük itki hesab edirəm. Bununla bağlı dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.
Qeyd edək ki, xalq artisti Habil Əliyev sentyabrın 8-də dünyasını dəyişib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
4 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info