“Avropanın bulaşdığı miqrant böhranının əsas günahkarı ABŞ-dır”
Tarix: 12.09.2015 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Kansler Merkelin gizli əmri ilə müsəlman qaçqınların qarşısında şərt qoyulub-ancaq xristian dinini qəbul etdikləri halda Almaniyada yaşamaq izni ala bilərlər”

Avropa dövlətlərinin qarşılaşdığı miqrant problemi gündəmdəki aktuallığını qoruyur. Suriya, Liviya, İraqdakı müharibə vəziyyətindən, terrordan qaçan mülki vətəndaşlar Avropa dövlətlərində yaşamaq üçün sığınacaq istəyirlər. Doğma yurd-yuvalarından qaçqın düşmələri, əzab-əziyyət çəkmələri, bir çoxunun dənizdə, yollarda həlak olması ancaq sakit həyat yaşamaq istəyi ilə bağlıdır.
Onlar başlarına yağan bombalardan, gündəlik artaq qanlı terrordan qaçırlar. Bu oyunları onları başına açanlar isə dünyanı idarə edən güc mərkəzləridir. Elə başda ABŞ olmaqla Qərb dövlətlərinin Suriya, İraq, Liviya kimi ölkələrin daxili işlərinə müdaxilə etməsi, hərbi birliklərin havadan onları bombardman etməsi nəticəsində region “qan çanağına” çevrilib. Üstəlik öz maraqlarını reallaşdırmaq üçün yaradılan və silah-sursatla təmin edilən terror təşkilatları hazırda bölgədə hökmranlıq edərək tarixin ən dəhşətli qətllərini törətməkdədir. Sonra da onların günahı ucbatından canlarını götürüb qaçan qadınları, uşaqları, qocaları təpikləyirlər. Axı siz o dövlətlərin daxili işlərinə qarışmasaydınız, öz maraqlarınız üçün müxtəlif adlar altında inqilablar törətməsəydiniz minlərlə insan canından olmaz, minlərləsi qaçqın kimi küçələrə düşməzdi. Qərb, başda ABŞ olmaqla regionda sabitliyi kökündən pozaraq dövlətlərin, xalqların taleyi ilə oynayır.

Sara Vaqenknext və Ditmar Bartşdan təklif:
“Miqrant böhranını aşmaq üçün Almaniya bundan sonra NATO-nun müharibə və hərbi müdaxilələrində iştirak etməməli, ABŞ-ın Almaniya ərazisində aeroportlar və hərbi obyektlər yerləşdirməsinə imkan verməməlidir”.

Almaniyanın Sol Partiyasının nümayəndələri hesab edir ki, ABŞ və digər Qərb dövlətləri öz maraqlarını reallaşdırmaq üçün bütün regionda sabitliyi pozaraq terror təşkilatlarının yaranmasına şərait yaradıblar. Almaniya Sol Partiyasının sədr müavinləri Sara Vaqenknext və Ditmar Bartş hesab edirlər ki, Avropanın bulaşdığı miqrant böhranının əsas günahkarı ABŞ-dır: “Qərb dövlətləri ABŞ-ın rəhbərliyi altında regionda sabitliyin pozulmasına şərait yaradaraq yeni terror təşkilatlarının yaranmasına imkan veriblər. Həmin terror təşkilatlarından öz məqsədləri üçün istifadə edirlər. Almaniyanın müttəfiqi olan bir çox dövlət “qatillər dəstəsini”, o cümlədən “İŞİD”-i dəstəkləyərək onlara pul və silah verirlər. Silah ixracı artıb və artmaqda da davam edir. Bölgədə həyata keçirilən məsuliyyətsiz siyasətə dərhal son verilməlidir. Aydındır ki, yüz minlərlə qaçqının inteqrasiya məsələsi alman dövləti və cəmiyyəti üçün yeni çağırışdır. Almaniya dövləti miqrantlar qarşısında öhdəliyini yerinə yetirməyərək məsuliyyəti federal torpaqlar və bələdiyyələrin üzərinə atır.

“ABŞ və digər Qərb dövlətləri öz maraqlarını reallaşdırmaq üçün bütün regionda sabitliyi pozaraq terror təşkilatlarının yaranmasına şərait yaradıblar”

Ayrı-ayrı şəhərin və ya bələdiyyənin belə yüklənməsi çox təhlükəli rasist meyillərin və miqrantların yaşadığı yataqxanalara hücumların sayını artırır, eləcə də əhali arasında pis əhvali-ruhiyyə formalaşır. Federal hökumət işin öhdəsindən gələ bilmədi. Ancaq bələdiyyə səviyyəsində nüfuzlu siyasilərin, şəxslərin hesabına irimiqyaslı faciədən qaçmaq mümkün olub. Qaçqınların müdafiəsini təmin edəcək aydın və ədalətli status müəyyən etməli, qanunvericiliyin sərtləşməsinə imkan verməməliyik. Avropa qala olmamalıdır”. Partiya rəsmiləri təklif ediblər ki, miqrant böhranını aşmaq üçün Almaniya bundan sonra NATO-nun müharibə və hərbi müdaxilələrində iştirak etməməli, ABŞ-ın Almaniya ərazisində aeroportlar və hərbi obyektlər yerləşdirməsinə imkan verməməlidir. Sara Vaqenknext miqrantların qəbuluna görə ABŞ-ın kompensasiya ödəməli olduğunu da qeyd edib: “Əgər federal hökumətin bir damla da olsa kişiliyi olsaydı, miqrant faciəsinə görə günahkar olan ABŞ-dan xərclərin, heç olmasa, bir hissəsinə görə ödəmə tələb edərdi”. Türkiyə mətbuatı isə miqrantlara qarşı münasibətlə bağlı çox iyrənci faktlar yayıb. Məsələn, “Haber7.com” saytı bildirir ki, nəhayət, Almaniya Suriyadan olan qaçqınlara qapılarını açıb. Bu jestin əsas məqsədi isə bir müddət sonra üzə çıxıb. Bildirilir ki, kansler Merkelin gizli əmri ilə müsəlman qaçqınların qarşısında şərt qoyulub-ancaq xristian dinini qəbul etdikləri halda, Almaniyada yaşamaq izni ala bilərlər. Çətin vəziyyətdə olan suriyalı qaçqınların çoxu bu təklifi qəbul edib. Təkliflə bağlı xəbəri yayan qaçqınlar təhdid edilir. Almaniyadan sonra Macarıstanın da analoji addım atmağa başladığı iddia edilir. Avropa İttifaqı rəsmilərinin bu məsələdən xəbərdar olduğu, sadəcə, olaya göz yumduqları da qeyd edilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info