Avropa Azərbaycanlıları Konqresindən Avropa Parlamentinə etiraz
Tarix: 14.09.2015 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə Azərbaycana qarşı 2015-ci il 10 sentyabr tarixli qərəzli qətnaməsi ilə bağlı bəyanat ünvanlayıb.
Bəyanatda Avropa Azərbaycanlıları Konqresinin Avropa Parlamentinin qətnaməsinə dair kəskin narazılığı və böyük narahatlığı bildirilir, qətnamənin Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv, xüsusilə də “hədələyən barmaq” üslubunda tərtib edildiyi qeyd olunur, Azərbaycanın müstəqillik illərində əldə etdiyi yüksək nailiyyətlərin nəzərə alınmadığı vurğulanır.
Etiraz bəyanatında Avropa Parlamentinə bir sıra suallar ünvanlanıb: Necə olur ki, Avropa Parlamenti Azərbaycandakı insan haqları ilə bu dərəcədə maraqlanaraq, bu məsələyə “həssas” və “qayğıkeş” hisslərlə yanaşmada, digər azərbaycanlıların taleyinə biganə qalır? Necə olur ki, Avropada dəfələrlə müzakirə edilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və qondarma “Dağlıq Qarabağ respublikasına” qarşı heç bir sanksiya qəbul edilmir? Nədən Xocalı faciəsinin nəticəsində öldürülən insanların, öz yurd-yuvalarından didərgin düşmüş insanların haqları Avropa Parlamentini narahat etmir?
Bəyanatda, həmçinin bildirilir ki, işğalçı Ermənistan beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə və qərarlarını yerinə yetirmir, işğalı davam etdirir, onların törətdikləri dəhşətlər hələ də beynəlxalq birlik tərəfindən öz hüquqi qiymətini almayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutublar. Avropa Parlamenti əslində Ermənistan dövlətinə sanksiyalar tətbiq etməli, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə çalışmalıdır.
Bəyanatda qeyd edilir ki, Avropa İttifaqı özü hazırda bir sıra insan hüquqları problemləri qarşısındadır. Belə ki, Avropa İttifaqının bir sıra ölkələrində bu günə qədər insan hüquqları pozulur, insanlar rasizm və millətçi basqınlara məruz qalırlar. Belə bir halda Avropa Parlamentinin başqa dövlətlərə “dərs verməyi” qeyri-ciddi və yolverilməzdir. Biz - Almaniyada yaşayan azərbaycanlılar Avropa cəmiyyətinin bir hissəsi olaraq Azərbaycana qarşı bu qərəzli qətnaməyə kəskin etirazımızı bildiririk.
Bəyanatın sonunda qeyd edilir ki, Azərbaycan demokratik inkişaf yolunda olan bir ölkədir və Avropa bu prosessə yalnız dəstək verə bilər, Azərbaycanın daxili siyasətinə qarışmaq yolverilməzdir. AAK Avropa Parlamentini sanksiyalara son qoymağa, ölkələr arasında konstruktiv dialoq aparmağa çağırıb, Avropa Parlamentindən Azərbaycana qarşı ədalətli münasibət tələb edib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info