“Tvzvezda.ru”: “Yaxın Şərqi neftə görə dağıdırlar”
Tarix: 14.09.2015 | Saat: 17:36:00 | E-mail | Çapa göndər
“ABŞ Yaxın Şərqin bütün ölkələrini özündən asılı etmək istəyir”

Heydər Camal: “Amerikalılar özlərinin adi terroristik metodlarından yararlanırlar”


Bu gün regionda əsas “terror tədarükçüsü” Rusiyada fəaliyyəti qadağan edilmiş “İŞİD” təşkilatıdır. Yazıçı və publisist Nikolay Starikovun fikrincə, “İŞİD” “Əl-Qaidə”nin birbaşa əlavəsidir. Bu barədə “Tvzvezda.ru” yazır: “Ekspert qeyd edir ki, bayraqlar və məqsəd eynidir, sadəcə “qablaşdırma” daha “gözəldir”.
“İŞİD” Səddam Hüseynin İraqda devrilməsindən dərhal sonra ortaya çıxdı. O, doğrudan da “Əl-Qaidə” terror təşkilatının törəməsidir. Orası doğrudur ki, “İŞİD” Suriya münaqişəsi zamanı özünün “valideynindən” boyun qaçırdı. “İŞİD” hətta, “Əl-Qaidə”nin Suriyadakı bölməsi olan “əl-Nusra”ya qarşı çıxış etdi. Amma kökdən qaçmaq mümkün deyil. Bu gün İslam dünyasının özünün də imtina etdiyi radikallar, özlərinin ideyaları uğrunda bütün digərlərini öldürməyə, mədəniyyət obyektlərini məhv etməyə, müqəddəs ziyarətgahları xarabazara çevirməyə hazırdırlar...
Son dövrlərdə isə indiyə qədər uzaq görünən Avropa Şərqdəki qanlı münaqişənin nəticələrini tam gücü ilə özündə hiss etməkdədir. İndi sonsuz qaçqın dənizi Avropa Birliyinin sərhədlərini keçir. Avropa qitəsinə düşmək istəyənlərin sayı artıq yüz minlərlə ölçülür. Xilas olmaq ümidi insanları çürük təknələrə minərək Aralıq dənizini üzüb keçməyə, ardınca da bir neçə ölkənin sərhədlərindən keçməyə vadar edir. Yaxud da onlar son pullarını “xalqların köçünü” böyük biznesə çevirmiş vasitəçilərə verməyə məcbur olurlar.
Bu gün daha bir qəddarlıq reallığa çevrilib – qaçqınların ölüm halları artıq xilasedici qitənin astanasındadır. Az öncə dünya bu baxımdan yeni bir faciədən sarsıldı – Türkiyənin Bodrum sahillərində qayıqdakı 17 adamdan yalnız birisi sağ qaldı. Onun 3 yaşlı oğlunun cəsədi Türkiyə sahillərinə çıxdı və bu uşaq suriyalıların yaşamaq hüquqları uğrunda mübarizəsinin simvoluna çevrildi”.
Qeyd edilir ki, tanınmış rusiyalı jurnalist Maksim Sokolovun fikrincə, “avtoritar rejimlərin demokratiya ilə əvəz edilməsi” prosesi - “ərəb baharı” nəticəsində Liviya və Suriyadan adamların qaçacağını gözləmək real idi: “Rusiya Geopolitik Problemlər üzrə Akademiyasının prezidenti Leonid İvaşev hesab edir ki, İraqın məhv edilməsindən və Misirin laxlamasından sonra yeganə “dayaq nöqtəsi” Suriya idi: “İndi isə növbə ona çatıb”.
Qeyd edilir ki, nə vaxtsa Suriya ümidlər ölkəsi olub: “Ölkə Yaxın Şərqin turistik mirvarisi və perspektivli iqtisadiyyata malik olub. Evfrat vadisində əsl vahə olub. Ən başlıcası – bu ölkədə demək olar ki planetin bütün dinləri dinc yanaşı yaşayıblar. Bu gün isə Suriyanı beləcə
xatırlayan adam qalmayıb. Etirazlar ən böyük şəhərləri bürüyüb, hakimiyyət isə onlara kəskin və ya yumşaq formada cavab verməyə məcbur olub.
Hökuməti istefaya göndərən və parlament seçkiləri elan edən Əsəd, eyni zamanda etirazları amansızca yatırtmağa məcbur olub. Nəticədə daxili-siyasi münaqişə tez bir zamanda hərbi münaqişəyə çevrilib. Birinci qan tökülməsindən sonra isə artıq bu münaqişədə geriyə yol qalmadı.
Suriya inqilabının paytaxtını nə vaxtsa Xoms adlandırırdılar. Onu Aqata Kristi özünün “Şərq ekspresi”ndə xatırlamışdı. İndi isə onun səhraya dönmüş, evləri dağılmış küçələrində turistlər yox, küləklər hərəkətdədir. Bununla yanaşı, dağıntılar özlərində qorxulu sürprizlər gizlədir: üçillik mühasirədən sonra hökumət qüvvələri tərəfindən şəhərdən uzaqlaşdırılan döyüşçülər bacardıqları qədər hər yeri minalayıblar.
Analitik İqor Korotçenko əmindir ki, Bəşər Əsədə qarşı döyüşən radikallar maliyyə, təşkilati və siyasi baxımdan amerikanlar tərəfindən dəstəkləniblər. O cümlədən, Pentaqondan olan təlimatçılar onları təlimatlandırıblar. Məlumdur ki, Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamenti ilk aylardan Suriyadakı antiəsəd döyüşçülərə döyüş üçün lazım olan bütün vasitələrlə kömək edib. O cümlədən, atıcı silahlar, tank əleyhinə radioidarəedici raketlərin, rabitə vasitələrinin verilməsi təmin edilib. Bu cür “xeyirxahlıq”dan döyüşçülərə hansı dəstək verildiyi barədə informasiya var, amma “İŞİD”ə bundan nə çatdığı, bunun amerikan büdcəsinə neçəyə başa gəldiyi isə sirdir.
Ekspert qeyd edir ki, “Suriya müxalifəti” adlanan bütün “palitra” - terrorçular və antiəsəd döyüşçülərin maliyyə və təşkilati mənbəyi birdir – onların hamısını ABŞ təmin edir və silahlandırır”.
Bundan başqa ABŞ-ın “idarəedilən xaos” siyasəti barəsində danışılır və qeyd edilir ki, bütün bunlardan başqa, bu gün Suriya həm də NATO gücləri tərəfindən hədəfə alınıb: “Aralıq dənizinin şərq sahillərində hazırda dörd amerikan eskadra mina gəmisi növbədədir.
Burada yüzlərlə qanadlı “Tomohavk” raketləri, bundan əlavə digər silahlar var. 150-dən artıq hazır raket dörd amerikan sualtı qayığında durmaqdadır. Bütün əsaslar var ki, onların da Suriya sahillərində yerləşdiyini deyəsən.

“Suriya müxalifəti” adlanan bütün “palitra”nın - terrorçular və antiəsəd döyüşçülərin maliyyə və təşkilati mənbəyi birdir – onların hamısını ABŞ təmin edir və silahlandırır”

Bundan başqa, Aralıq dənizində ölümcül silahla təchiz edilmiş fransız eskadra gəmisi, Ərəb dənizində isə daim iki amerikan aviadaşıyıcı növbə çəkir.
Bunlardan əlavə, daha neçə bombardmançının NATO-nun Siciliyada, Kiprdə, həmçinin Cənubi İtaliya və Türkiyədə növbə çəkdiyini təsəvvür etmək də çətindir.
Bundan başqa ekspertlər qeyd edirlər ki, ABŞ-ın hərəkətlərində məntiq axtarmaq çətindir. Nikolay Starikov bildirir: “Onlar özlərindən mövcud olmayan kimyəvi hücumlar uydururlar, guya bu hücumlar BMT komissiyasının nümayəndələrinin gəlməsi çərçivəsində baş verib, deyirlər ki, hansısa terrorçuları bombalayacaqlar, amma əslində onlara heç nə etmirlər. Daha sonra isə bildirirlər ki, Suriya ordusunu bombalayacaqlar”.
Eyni zamanda, dünyada Suriya liderinin qeyri-legitim obrazı yaradılır. Bəşər Əsədin şəxsiyyəti cidd-cəhdlə demonlaşdırılır, şər hesab edilir.
Tanınmış şərqşünas Aleksandr Yakovlev əmin edir ki, burada əsas rolu neft oynayır: “ABŞ bütün regionu nəzarətə götürmək istəyir. Bu isə belə idarəolunan xaos sayəsində ola bilsin ki mümkünləşsin”.
Şərhçi Viktor Litovkin də əmindir ki, ABŞ hazırda yalnız xaos yaratmaqla məşğuldur: “Belə bir şəraitdə onlar istədiklərni yarada bilərlər. ABŞ Yaxın Şərqin bütün ölkələrini özündən asılı etmək istəyir. İraq və digərləri kimi. Belə bir halda, ABŞ dünyada və regionda öz hegemonluğunu nümayiş etdirir”.

“ABŞ-ın hərəkətlərində məntiq axtarmaq çətindir. Onlar özlərindən mövcud olmayan kimyəvi hücumlar uydururlar, guya bu hücumlar BMT komissiyasının nümayəndələrinin gəlməsi çərçivəsində baş verib, deyirlər ki, hansısa terrorçuları bombalayacaqlar, amma əslində onlara heç nə etmirlər. Daha sonra isə bildirirlər ki, Suriya ordusunu bombalayacaqlar”

Qeyd edilir ki, bu gün müharibəyə görə suriyalılar heç yerdə nicat tapa bilmirlər. Bu ölkədə hər şey ən qorxunc ssenarilərə hazırdır. Toy olan kafeyə, yaxud xəstəxanaya istənilən an mina düşə bilər. Məbədlərdə də qurtuluş yoxdur. Xomsda məscid snayperlər və nişançılar tərəfindən tutulub. Dəməşqdəki mərkəzi məscidin həyətinə daim mərmilər düşür. Digər dinlərə aid məbədlər də o gündədir.
Bütün bunlarla yanaşı, ABŞ radikal islamla mübarizə ilə bağlı şüarlarını yaymaqda davam edir. Rusiya İslam Komitəsinin sədri Heydər Camal əmindir ki, amerikalılar özlərinin adi terroristik metodlarından yararlanırlar – dinc əhalini qorxudurlar: “Onlar o vaxt Yaponiya və Almanya ilə də bu cür davranmışdılar - əhali isə həmişə buna qaçmaqla raksiya verir”.

İlkin AĞAYEV










 
Bölməyə aid digər xəbərlər
18.01.2018
İsveçdə Beynəlxalq Şəhriyar Günləri keçiriləcək
18.01.2018
Tatarıstandan olan qonaqlar Azərbaycandakı tatar diasporunun nümayəndələri ilə görüşüblər
18.01.2018
Fransa Azərbaycanla dost olmaq istəyirsə onun ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır
18.01.2018
Bolqarıstan mətbuatı Azərbaycan-Bolqarıstan əlaqələrinin möhkəmlənməsindən yazıb
17.01.2018
“Defense News”: “Rusiya ilə ABŞ Suriyada “hərbi baza yarışı”na girişib”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info