Gəncədə yeni teatr mövsümünün açılışı olub
Tarix: 15.09.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Gəncədə Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı əsl incəsənət bayramına çevrilib.
Açılış mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin, tanınmış incəsənət xadimlərinin, Azərbaycanda fəaliyyət göstərən teatrların rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Sonra mərasim iştirakçıları şəhərdəki tarixi abidələrə - çökək hamam, Şah Abbas məscidi və Cavad xan türbəsinə baxıblar. Bayram tədbiri Cavad xanın adını daşıyan küçədə davam etdirilib. Gəncə Dövlət Dram Teatrının aktyorları görkəmli Azərbaycan dramaturqlarının əsərlərindən parçalar nümayiş etdiriblər. Tədbir iştirakçıları musiqi sədaları altında küçə boyu nümayiş etdirilən qədim el sənətkarlığı nümunələrinə baxıblar. Məktəblilərin ifasında səslənən şeirlər, mahnılar hərarətlə qarşılanıb. Məhsəti Gəncəvi Mərkəzinin qarşısında təşkil olunmuş ədəbi-bədii kompozisiya da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Burada dünya mədəniyyəti xəzinəsinə əvəzsiz incilər bəxş etmiş Gəncənin şair və yazıçılarının, o cümlədən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Nigar Rəfibəylinin obrazları canlandırılıb. Xalq artisti Şahnaz Haşımovanın ifa etdiyi mahnılar hamıda xoş ovqat yaradıb. Sonra Məhsəti Gəncəvi Mərkəzi ilə tanışlıq olub. Nazir Əbülfəs Qarayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, eləcə də tanınmış teatr və incəsənət xadimləri mərkəzi gəzərək, burada yaradılan şəraitlə tanış oldular, gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxıblar. Daha sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli önündə “Göygöl” dövlət mahnı və rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış edib. Yeni teatr mövsümünün açılışı Gəncə Dövlət Kukla Teatrı kollektivi üçün ikiqat bayrama çevrilib. Dünən teatr binasının əsaslı təmirdən sonra açılışı olub. Aktyorlar binanın qarşısında müxtəlif uşaq tamaşalarından səhnəciklər nümayiş etdiriblər. Tədbir iştirakçıları teatr binasında yaradılan şəraitlə tanış olublar. Dünən axşam Gəncə Dövlət Dram Teatrında 143-cü teatr mövsümünün rəsmi açılışı mərasimi keçirilib. Açılışda Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
N.Gəncəvi




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info