“Ədalətsiz qətnamə Qərbin siyasi təşkilatlarını etibardan salır”
Tarix: 15.09.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


İsa Həbibbəyli
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik


Avropa Parlamentinin Azərbaycan haqqında təcili dinləmələr keçirməsi və haqsız qətmanə qəbul etməsi, ümumiyyətlə, ədalətə və qanunun aliliyinə ziddir və hörmətsizlikdir. Avropa Parlamentində heç bir alt qurumda, komitədə müzakirə edilmədən tələsik şəkildə iclasa çıxarılan məsələ açıq-aşkar Azərbaycana qərəzli münasibətin ifadəsidir. Azərbaycan haqqında ədalətsiz, yanlış və qərəzli qətnamə qəbul etməsi Avropa Parlamentinin dövlətlərin və xalqların hüquqlarını qorumaq iqtidarında olmadığını göstərir.
Əksinə, onlara qarayaxma kampaniyasını həyata keçirir. İndiyə qədər biz belə halları ölkəmizdəki inkişafa kölgə salmağa çalışanların paxıllığı və qısqanclığı kimi başa düşürdük. Təəssüf ki, 10 sentyabrda tələm-tələsik təcili dinləmələrdən sonra qəbul edilmiş qətnamə göstərir ki, Avropa Parlamentindəki bir çox siyasi qurumlar Azərbaycana qarşı sadəcə paxıllıq yox, düşmənçilik siyasəti aparırlar. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da dərindən başa düşür ki, Avropa Parlamentinin atdığı addım Azərbaycandakı inkişafla heç cür barışa bilməyən qüvvələrin iç üzünün əks-sədasıdır. Bu bədnam qətnamə Azərbaycan dövlətinin apardığı müstəqil siyasətdən qorxuya düşənlərin vahiməsi və təzyiq vasitəsidir. Qəbul olunan qətnamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk növbədə öz xalqı arasında və beynəlxalq aləmdəki böyük nüfuzunu qəbul edə bilməyən qüvvələrin bədxahlığını, dargözlüyünü üzə çıxarır. Azərbaycan xalqı isə yaxşı görür ki, analitik siyasi təfəkkürə, ümummilli ideallara dərindən bağlı olmasına və bəşəri dəyərlərə ehtiram göstərməsinə görə dünya ölkələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müqayisə edilə biləcək siyasi lider göstərmək çətindir. Xalqımız haqlı olaraq özünün lideri, görkəmli dövlət xadimi İlham Əliyevlə fəxr edir və onun ətrafında sıx birləşir. Qərb ölkələrinin ictimaiyyəti arasında da Avropa Parlamentinin müstəqil olmadığı, sifarişli və qərəzli qərarlar qəbul etdiyi barədə dəfələrlə narahatlıqlar ifadə olunmuşdur. Bu parlament bir-iki dövlətə Avropanın lideri statusu qazandırmaq, digər ölkələri həmin liderlərdən asılı salmaq siyasətini həyata keçirir. Məhz buna görə də Avropa Parlamenti müstəqil siyasət aparan, qarşılıqlı, bərabərhüquqlu əməkdaşlığa açıq ölkə olan Azərbaycanı sıxışdırmaq, təzyiq göstərmək və asılı ölkə səviyyəsinə salmaq üçün cidd-cəhd göstərir. Avropadakı asılı ölkələrin acınacaqlı vəziyyəti, bu ölkələrdəki dərin və genişmiqyaslı böhran Avropa Parlamentinin və onu dəstəkləyən qurumların demokratiya adı altında həyata keçirdikləri totalitar siyasətin real nəticəsidir. Məhz həmin siyasətin nəticəsidir ki, Qərbdəki bir çox ölkələrdə hətta hakimiyyət böhranı yaşanmaqdadır. Qarşısıalınmaz böyük miqrant dalğasının yaranması da Avropa Parlamenti kimi qurumların dünya ölkələrində apardıqları məkrli siyasətin acı mənzərəsidir.
Avropa Parlamentinin qətnaməsi Azərbaycan reallığından çox uzaq olan uydurmadır, şər və böhtandır. Ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur, demokratik cəmiyyətin daha da inkişaf edib möhkəmlənməsi üçün ardıcıl olaraq islahatların keçirilməsi davam etdirilir. Xalqımız, o cümlədən ziyalılarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və düşünülmüş siyasəti tam dəstəkləyir. Azərbaycan xalqla iqtidarın möhkəm birliyinə nümunə, model ola biləcək bir ölkədir. Ölkəmizdəki sabit tolerant mühit, normal inkişaf ritmləri, vətəndaş cəmiyyətinin ardıcıl və ahəngdar inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın dövlət müstəqilliyinin böyük bəhrəsidir.
Avropa Parlamenti Azərbaycanla Qərb arasında, dünya ölkələri arasında sədd çəkə bilməz. Azərbaycan Respublikası özünün dövlətlərarası münasibətlərini qurmaq və inkişaf etdirmək sahəsində böyük təcrübə əldə etmişdir. Beynəlxalq ictimaiyyətin böyük dəstəyi ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatında Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bir müddət bu yüksək qurumdakı mötəbər bir bölməyə sədrlik funksiyasını həyata keçirməsi beynəlxalq münasibətlər sistemində tutduğumuz yeri, malik olduğumuz rolu, aparılan siyasəti və qazanılan nəticəni çox aydın şəkildə ifadə edir. Əslində, ölkəmizdə, demək olar ki, hər gün beynəlxalq əməkdaşlıq üçün məqsədyönlü addımlar atılır və bu, davam edən bir prosesdir. Avropa Parlamenti isə ölkələr və xalqlar arasına nifaq, ayrı-seçkilik, qarşıdurma toxumları səpməklə məşğuldur.
Avropada böyük nüfuza malik olan Avropa Xalq Partiyası, Milliyyətlər və Azadlıq Avropası kimi qrupların Avropa Parlamenti ilə həmrəy olmamaları, Azərbaycanın haqq işinə dəstək vermələri bu parlamentin öz siyasətinə təzədən baxması zərurətini meydana çıxarır. Eyni zamanda ayrı-ayrı partiyaların və qrupların mövqelərini nəzərə almaması Avropa Parlamentinin demokratik ptrinsiplərdən uzaq olduğunu göstərir. Bizə qərəzli və sifarişli Avropa Parlamenti yox, Avropa ölkələri və xalqları ilə həmrəylik lazımdır. Azərbaycan müstəqil dövlət olaraq dünya ölkələri ilə əlaqələrini inkişaf etdirməkdə davam edir. Avropa Parlamentinin qərəzli qurumlarına, birtərəfli, təzyiq və qarayaxma siyasətinə əsaslanan Avronest Parlament Assambleyasına ölkəmizin ehtiyacı yoxdur. Böhranın dərinləşdiyi bir vaxtda Avronest Parlament Assambleyası kimi lüzumsuz qurumu, ümumiyyətlə, saxlamağa heç bir ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycanın Avronest təşkilatından çıxması digər üzv ölkələrin də eyni addım atmasına təkan verəcəkdir. Ümumiyyətlə, Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamə Qərbin siyasi təşkilatlarını etibardan salır. Bu qətmanə Avronest təşkilatının iflasına gətirib çıxarmalıdır.
Bundan başqa, Qərbin Şərq tərəfdaşlığı adı altında irəli sürdüyü müddəalar qarşılıqlı əməkdaşlığı yox, birtərəfli qaydada təzyiqləri həyata keçirməyə cəhd göstərməsinin ifadəsidir. Fikrimcə, Şərq tərəfdaşlığının bu istiqamətdə inkişafı Şərqə doğru deyil, Şərqə qarşı, onun əleyhinə olan hərəkatdır. Bütövlükdə Şərq tərəfdaşlığı məsələsi yenidən müzakirə edilərək onun strategiyası və taktikası ciddi surətdə nəzərdən keçirilib aydınlaşdırılmalıdır. İndiki halda, hazırkı mövcud formatda Şərq tərəfdaşlığında iştirak etmək ardıcıl olaraq anlaşılmaz vəziyyətlərlə üz-üzə qalmaqdan başqa bir şey deyildir.
Avropa Parlamentinin ədalətsiz qərarının arxasında Qərbdəki ermənipərəst və islamofob qüvvələrin və onların havadarlarının dayandığı məlumdur. Azərbaycanda isə ulu öndərimiz Heydər Əliyevin vaxtilə böyük dəqiqliklə bildirdiyi kimi, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan dövləti və xalqı müstəqillik illərində böyük nailiyyətlər qazanmışdır. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdəki vətəndaş azadlığına tam təminat verir. Ölkəmizdə cəmiyyət həyatının bütün sahələri sürətlə inkişaf edir. Azərbaycan xalqı isə Azərbaycan Prezidenti İlham Əliyevlə tamamilə həmrəydir. Xalq-iqtidar birliyi ölkəmizi indiki yüksək inkişaf səviyyəsinə çatdırmışdır. Xalqımızın birliyi, ölkəmizdəki ümummilli həmrəylik müstəqillik illərində keçirilən seçkilərin hamısının sabitlik şəraitində və mütəşəkkil səviyyədə keçməsini təmin etmişdir. Xalqımız və ölkəmiz istənilən siyasi məqamda bundan sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birlik və mütəşəkkillik nümayiş etdirəcəkdir.




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info