Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli mümkün həll yolu kimi qəbul edilib”
Tarix: 15.09.2015 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının Siyasi komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valteri qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu vurğulayıb.
E.Məmmədyarov Azərbaycan ərazilərinin işğal olunmasının beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qəbul edildiyini xatırladıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1994) saylı qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və ərazilərinin işğalı qınanılır, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması faktının bir daha təsdiq olunduğunu deyən nazir qətnamələrdə işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu qeyd edib.
O, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının qaçqın və məcburi köçkünlərin geri qayıtmasına, kommunikasiyaların bərpasına, etimadın yaranmasına və regionda sülh və təhlükəsizliyin bərpa olunmasına xidmət edəcəyini deyərək, buna qarşı yalnız Ermənistanın çıxış etdiyini nəzərə çatdırıb. Yenilənmiş Madrid prinsiplərində bu məqamların əks olunduğunu deyən nazir münaqişənin mərhələli həllinin beynəlxalq ictimaiyyət tərəfindən mümkün həll yolu kimi qəbul edildiyini vurğulayıb.
E.Məmmədyarov 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə daha bir təsirli formada cavab verdiyini diqqətə çatdırıb.
Nazir Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik tərkibinin dəyişdirilməsi və Suriyadan olan erməni əsilli qaçqınların bir qisminin bu ərazilərdə yerləşdirilməsinin Ermənistan tərəfindən Cenevrə Konvensiyaları və əlavə protokollar əsasında üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulması olduğunu qeyd edib və ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar qarşısında bu məsələnin davamlı şəkildə qaldırılacağını bildirib.
E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin Vyanada Minsk qrupunun digər üzvləri ilə məsləhətləşmə və məlumatlandırma xarakterli görüşlər keçirməsinin müsbət hal olduğunu deyib. O, əlavə edib ki, ATƏT-in Minsk qrupunun bütün üzvləri, eləcə də müqabil beynəlxalq təşkilatlar münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həlli prosesinə töhfə verməlidirlər.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin digər müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info