Fransa səfirindən Dağlıq Qarabağla bağlı açıqlama
Tarix: 16.09.2015 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


“Mən ümid edirəm ki, mülki insanların həyatına son qoyan gərginliyin aradan qaldırılması üçün tərəflər əllərindən gələni edəcək”.
Bu sözləri Fransanın Azərbaycandakı səfiri Paskal Mönye cəbhə xəttində artan gərginliklə bağlı deyib. O qeyd edib ki, təmas xəttində gərginliyin artması hər iki tərəfdən insanların ölməsi ilə nəticələnir: “Bu yaxınlarda Azərbaycanda insanlarla müzakirələr aparmışam və deyiblər ki, yüz illər boyu ermənilər və azərbaycanlılar sülh içində yaşayıblar. Bir çox insan bunun yenidən gündəmə gələcəyini ümid edir. Bu, həmçinin, xarici faktorlardan asılıdır”.
Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mümkün görüş məsələsinə də münasibət bildirib: “Mən bu barədə oxumuşam. Bilirəm ki, həmsədrlər xarici işlər nazirlərinin Nyu Yorkda görüşü üzərində çalışırlar. Burda əsas məqsəd əlbəttə ki, Ermənistan və Azərbaycana Dağlıq Qarabağmünaqişəsində sülhə nail olunması istiqamətində yardım göstərməkdən ibarətdir”.
Avropada baş verən miqrant böhranına toxunan P. Mönye iqtisadi problemlər müşahidə olunduğu üçün bu cür miqrant dalğası ilə üzləşməyin çətinlik yaratdığını söyləyib: “Eyni zamanda bu insanlar ümidsiz vəziyyətdədirlər və biz onları köməksiz qoya bilmərik. Problem bu yükü necə bölüşdürmək lazım olduğunu bilməkdir. Bəzi ölkələr var ki, onların üzərinə daha çox yük düşür. Avrokomissiyada da ədalətli həll yolu tapmaq üçün bu istiqamətdə müzakirələr aparılır”.
Səfirin sözlərinə görə, böhranla əlaqədar əsasən həmin insanları pul qarşılığında bu cür şərtlər altında Avropaya gətirənləri mühakimə etmək lazımdır: “Bu problemləri onun mənbəyində həll etməliyik. Əgər problemin mənbəyində həll tapılmasa, o zaman bu, davam edəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info