ABŞ-da Üzeyir Hacıbəyli və Rəşid Behbudova həsr olunmuş poçt markaları buraxılıb
Tarix: 17.09.2015 | Saat: 11:41:00 | E-mail | Çapa göndər


Azərbaycan klassik musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da xüsusi poçt markaları buraxılıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumata görə, markaların buraxılması konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.
ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markalarının üzərində hər iki musiqi xadiminin şəkillərinin müşayiəti ilə “Üzeyir Hacıbəyli (1885-1948): Azərbaycan klassik musiqisinin banisi, 130 il” və “Rəşid Behbudov (1915-1989): Əfsanəvi Azərbaycan müğənnisi, 100 il” sözləri yazılıb. U.Hacıbəyliyə həsr olunmuş markanın üzərində dahi bəstəkarın “Koroğlu” operasından notlar yerləşdirilib.
Qeyd olunub ki, bu, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Üzeyir Hacıbəyli və Rəşid Behbudov irsinin ABŞ-da tanıdılması məqsədilə bu il həyata keçirilən silsilə tədbirlərin bir tərkib hissəsidir. Belə ki, sentyabrın 19-da əfsanəvi "Arşın mal alan" filminin Hollivudda premyerası keçiriləcək. Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında nümayiş olunacaq.
Həmçinin, Kaliforniya ştatının tanınmış şəhərlərindən olan Santa Monika şəhəri bəyannamə qəbul edərək, sentyabr ayının 18-nin şəhərdə “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağını bəyan edib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Tramp miqrant ailələrinin ayrılması praktikasını dayandıran fərman imzalayıb
20.06.2018
Türk hərbi qüvvələri ABŞ-la razılaşma çərçivəsində Menbiçə daxil olub
20.06.2018
Misir televiziyasında AXC-nin 100 illiyi ilə bağlı məlumat verilib
20.06.2018
ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edib
20.06.2018
London məhkəməsi “Qazprom” aktivlərinin dondurulmasına icazə verib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Putin Paşinyanı alçaldıb
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info