Tailand Bakıda diplomatik nümayəndəlik açacaq
Tarix: 17.09.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Tailand və Azərbaycanın ticarət əlaqələrini genişləndirmək üçün potensial var. Ölkələrin kifayət qədər uzunmüddətli diplomatik münasibətləri mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək. Bunu “Trend”ə müsahibəsində Tailandın Azərbaycandakı (iqamətgahı Ankara olmaqla) səfiri Tarit Çarunqvat deyib.
Səfir bildirib: “Təəssüf ki, iki ölkə arasında ticarətin səviyyəsi olduqca aşağıdır və illik 1200 milyon dollardan bir qədər çoxdur. Tailand Azərbaycana müxtəlif məhsullar təklif edə bilər. Tailand məhsulların, meyvələrin və dəniz məhsullarının çeşidliliyi ilə tanınır”.
Diplomat Tailandın Azərbaycandan neft və qaz tədarükünün genişləndirilməsinə maraqlı olduğunu vurğulayıb: “Səfirlik kimi azərbaycanlı sahibkarların Tailanda səfərini təşkil edə bilərik. Məqsəd tərəflərin bir-birini yaxşı tanıya bilməsidir”.
T.Çarunqvatın sözlərinə görə, Azərbaycana səfəri zamanı Bakıdan Banqkoka aviareyslərin açılması imkanını müzakirə edib: “Bu, əməkdaşlığın möhkəmləndirilməsində vacib element ola bilərdi”.
Səfir diqqətə çatdırıb ki, ikitərəfli əlaqələrin bundan sonra dərinləşdirilməsi, eləcə də ölkələr arasında turist axınının artırılması üzərində işləyəcək: “İki ölkənin insanları bir-birilərini yaxşı tanımalıdırlar. Azərbaycan zəngin mədəniyyəti olan gözəl ölkədir, istəyirəm ki, Tailandda Azərbaycan barədə daha çox bilsinlər”.
Diplomat əlavə edib ki, yaxın gələcəkdə Tailand Bakıda daimi diplomatik nümayəndəliyini açacaq.
O, I Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib: “Bu, Azərbaycanın dünyada daha da tanınmasına xidmət etdi”.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info