Azərbaycan mətbəxi festivalda xüsusi mükafata layiq görülüb
Tarix: 18.09.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Özbəkistan Nazirlər Kabineti yanında Xarici Ölkələrlə Mədəni Əməkdaşlıq üzrə Dostluq Cəmiyyətləri Şurası (DCŞ) Daşkənddəki "Redisson" otelində "Tasanno-2015" adlı Milli Mətbəx Festivalı keçirib. Festivalda Özbəkistanda fəaliyyət göstərən 20-dən artıq ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib. Azərbaycanı festivalda ölkəmizin Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
DCŞ-nin icraçı direktoru Kəmaləddin İşidxocayev festivalın əhəmiyyətindən danışıb, xalqların öz mətbəx mədəniyyətini göstərmək üçün bu festivalın geniş imkanlar açdığını bildirib. Azərbaycan üçün ayrılmış guşədə dövlətimizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı, Viktor Andriyanov və Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından özbək, Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş "Heydər Əliyev" kitabı, Heydər Əliyev Fondunun "Qarabağ həqiqətləri" seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilib. Qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz tamaşaçılarda maraq doğurub. Azərbaycan guşəsinə gələnlərə plov, dolma, müxtəlif qutablar həmçinin şirniyyatlarımız-şəkərbura və paxlavaya qonaq edilib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan guşəsi ilə tanış olub. Festivalın münsiflər heyəti Azərbaycan xörəkləri və şirniyyatlarına yüksək qiymət verib və mətbəximiz xüsusi mükafata layiq görülüb. Festival geniş konsert proqramı ilə başa çatıb. AMM-in "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
4 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info