ABŞ qəzeti Azərbaycan ilə İsrail əlaqələrindən yazıb
Tarix: 18.09.2015 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Amerikada nəşr edilən “The Jewish Press” yəhudi qəzetində “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin sabiq redaktoru Maayan Caffenin Azərbaycan ilə İsrail arasında strateji əlaqələr, siyasi və iqtisadi sahələrdə əməkdaşlıq məsələlərinə həsr olunmuş məqaləsi dərc edilib.
Müəllif yazır ki, Azərbaycan ilə İsrail arasında illik ticarət dövriyyəsinin həcmi 5 milyard dollar təşkil edir. Caffe daha sonra qeyd edir ki, bu iki ölkə arasında təhlükəsizlik sahəsində qarşılıqlı münasibətlər barədə informasiya nədənsə mətbuata düşmür. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin, israilli ekspert Arye Qutun, Milli Məclisin deputatı Asim Mollazadənin Azərbaycan ilə İsrail arasında strateji münasibətlər haqqında sözlərini sitat gətirir.
M.Caffe daha sonra Qərbin İsrailə və Azərbaycana münasibətdə ikili standartları, o cümlədən qərb KİV-ləri tərəfindən tənqidi çıxışlar və Ağ evin soyuq münasibəti məsələlərinə toxunur. Müəllif ABŞ administrasiya tərəfindən əsassız olaraq Azərbaycanın qeyri-demokratik ölkə kimi təqdim edilməsindən söhbət açaraq vurğulayır ki, Azərbaycan demokratik dəyərlərə münasibətdə açıq siyasət yürüdən, qadınlar üçün kişilərlə bərabər hüquqların təmin edildiyi və Qərb ilə səmimi münasibətlər saxlayan yeganə müsəlman ölkəsidir.
Müəllif Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazisinin Ermənistan tərəfindən işğal edilməsi probleminə də toxunur. O, erməni təcavüzü barədə söhbət açaraq qeyd edir ki, ABŞ ərazi bütövlüyü məsələsində Ukraynanı dəstəklədi, lakin Azərbaycana münasibətdə analoji dəstək görünmür.
Maayan Caffe Azərbaycanın multikulturalizm sahəsində xüsusiyyətini və inkişaf etmiş başqa ölkələrdə islamofobiya və antisemitizm hallarının geniş yayıldığı bir vaxtda bu ölkədə yəhudi, müsəlman və xristian icmalarının dinc yanaşı mövcud olması faktını vurğulayır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info