Los Ancelesdə “Üzeyir Hacıbəyli Günü” elan olunub
Tarix: 18.09.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


ABŞ-ın Los Anceles şəhərinin meri Erik Qarsetti bəyannamə imzalayaraq, 18 sentyabr 2015-ci il tarixinin Los Ancelesdə “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacağını elan edib və bütün şəhər sakinlərini bu günü qeyd etməyə çağırıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir.
Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar qəbul edilmiş bəyannamədə dahi bəstəkarın Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanır, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığı diqqətə çatdırılır.
Bəyannamə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub. Sənəddə, Ü.Hacıbəylinin milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun Azərbaycan maarifçiliyində oynadığı önəmli roldan da bəhs olunur. Qeyd olunur ki, Ü.Hacıbəylinin yaradıcılığının təsir gücü Azərbaycanın sərhədlərini aşaraq bütün Avrasiya bölgəsinə yayılıb.
Eyni zamanda, bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, “Arşın Mal Alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının 19 sentyabr 2015-ci il tarixində ABŞ-da ilk dəfə olaraq Los Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.
Qeyd edək ki, bu, ABŞ-ın ikinci ən böyük şəhəri olan Los Anceles şəhəri tərəfindən Ü.Hacıbəyli ilə əlaqədar qəbul edilmiş ilk sənəddir.
Həmçinin, Kaliforniyanın artıq digər 5 şəhəri tərəfindən də oxşar məzmunlu sənədlər qəbul edilərək, 18 sentyabr 2015-ci il tarixi həmin şəhərlərdə “Üzeyir Hacıbəyli Günü” elan olunub. Bu şəhərlər, San Dieqo, Lonq Biç, Santa Monika, Vest Hollivud və Monterey şəhərləridir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
4 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info