“ArmenianReport”: “Sərkisyan rejiminin əlindən ermənilər Azərbaycana qaçır”
Tarix: 18.09.2015 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


“Bəlkə də Martirosyan özünü və ailəsini xilas etmək üçün yeganə şansdan istifadə edib”

Ermənistanın “ArmenianReport” saytı yazır ki, Sərkisyandan qurtulmaq üçün erməni Azərbaycanda nicat axtarır: “Bu Ermənistanın faciəsidir. Bu gün Ermənistanda Sərkisyanın cinayətkar rejimi hakimiyyətdədirsə, hansı məsələdən söhbət gedə bilər? Ermənistan avtoritar-polis rejiminin özbaşınalıqları nəticəsində erməni cəmiyyətinin kəskin narazılıqları son həddə çatıb. Biz artıq ermənilərin ölkədən qaçmasının adət halını almasına diqqət yetirməkdən usanmışıq. Bu cür ölkədən qaçış 2014-2015-ci illərdə pik həddə çatıb.
Bu illərdə Ermənistanı 750 min nəfərə yaxın insan tərk edib. 3 milyondan az əhalisi olan ölkə üçün bu göstərici çox böyük rəqəmdir. İnsanlar köçüb getməyə məcbur olurlar. Kimisi ailəsinə çörək qazanmaq üçün çıxıb gedir, kimisi isə cinayətkar rejimin əlindən qaçmaq üçün. Dünən isə cinayətkar rejimdən qaçmaq üçün daha bir ailə - Martirosyanlar ölkəni tərk ediblər. “Millətdaxili xilasetmə hərəkatı”nın rəhbəri Vaan Martirosyan ailəsi ilə birlikdə Bakıya qaçıb və siyasi sığınacaq istəyib. O, ictimai fəaliyyətinə görə Ermənistanda təzyiqlə üzləşdiyinə görə belə etdiyini deyib. Biz özümüzü onun yerinə qoymayınca, bu hərəkətinə görə onu ittiham edə bilmərik. O, ölkəmizlə düşmən ölkəyə qaçıb. Amma bəlkə də özünü və ailəsini xilas etmək üçün yeganə şansdan istifadə edib. Çünki Azərbaycan Ermənistan casuslarının girə bilmədiyi yeganə ölkədir. Hazırkı situasiyada Bakı onu qətiyyən geri qaytarmayacaq. Onu üçüncü ölkəyə təhvil verə bilərlər. Bununla isə Martirosyan ailəsi ilə tezliklə hansısa Avropa ölkəsinə keçə bilər. Buna qədər isə Azərbaycan təbliğat maşını Ermənistanı qaralamaq üçün onun ayağına yıxılmış unikal şansdan gen-bol yararlanacaq. İstənilən təşbehdən Ermənistana qarşı istifadə ediləcək. Amma bu gün Ermənistanda cinayətkar Sərkisyan rejimi hakimiyyətdədirsə, əgər hakim partiyadan olan deputat belə hər hansı hüquq müdafiəçisini ölümlə hədələyirsə, insanlar heç yerdən kömək uma bilmirlərsə, hansı təşbehdən söhbət gedə bilməz?”.
Yazıda qeyd edilir ki, bütün dözülməz hallara, cinayətkar rejimin özbaşınalıqlarına görə ermənilər hətta, özlərinə düşmən saydıqları Azərbaycana pənah aparırlar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info