“Arşın mal alan” ABŞ-da ilk dəfə bu gün Los-Ancelesdə nümayiş ediləcək
Tarix: 19.09.2015 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


ABŞ-ın Los-Anceles şəhərinin meri Erik Qarsetti bəyannamə imzalayaraq 2015-ci il 18 sentyabr tarixinin Los-Ancelesdə “Üzeyir Hacıbəyli günü” kimi qeyd olunacağını elan edib və bütün şəhər sakinlərini bu günü qeyd etməyə çağırıb. Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar qəbul edilmiş bəyannamədə dahi bəstəkarın Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanır.
Onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığı diqqətə çatdırılır. Bəyannamə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna təqdim olunub. Sənəddə Üzeyir Hacıbəylinin milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun Azərbaycan maarifçiliyində oynadığı önəmli roldan da bəhs olunur. Qeyd edilir ki, Üzeyir Hacıbəylinin yaradıcılığının təsir gücü Azərbaycanın sərhədlərini aşaraq bütün Avrasiya bölgəsinə yayılıb. Eyni zamanda, bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, “Arşın mal alan” operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının sentyabrın 19-da ABŞ-da ilk dəfə olaraq Los-Ancelesdə nümayiş etdiriləcəyi bildirilir. Qeyd edək ki, bu, ABŞ-ın ikinci ən böyük şəhəri olan Los-Anceles tərəfindən Üzeyir Hacıbəyli ilə əlaqədar qəbul edilmiş ilk sənəddir. Həmçinin Kaliforniyanın digər 5 şəhəri tərəfindən də oxşar məzmunlu sənədlər qəbul edilərək, 18 sentyabr tarixi həmin şəhərlərdə “Üzeyir Hacıbəyli günü” elan olunub. Bunlar San-Dieqo, Lonq Biç, Santa Monika, Vest Hollivud və Monterey şəhərləridir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info