“Avropa İttifaqının yürütdüyü riyakarlıq siyasəti bu birliyin üzvü olmayan dövlətləri bezdirib”
Tarix: 21.09.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


"ABŞ-la Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı "pis polis, yaxşı polis" oyununu oynayır".
Bunu rusiyalı politoloq Mixail Aleksandrov deyib. "Avropa Parlamenti hazırda "pis polis" rolundadır. ABŞ isə özünü yaxşı göstərməyə çalışır. Sanki Azərbaycana "gəlin sizinlə razılığa gələk", Avropa ilə münasibətlərinizi biz özümüz düzəldərik" deyir" – bu sırf siyasi oyundur", - deyə rusiyalı politoloq fikrini izah edib.
"Aİ-nin nümayəndələri öz bəyanatları ilə təlxəyə bənzəyirlər. İttifaqın ikili standartları və açıq şəkildə yürütdüyü riyakarlıq siyasəti bu birliyin üzvü olmayan dövlətləri bezdirib", - deyən politoloq bildirib ki, İlham Əlyevin Aİ bəyanatları haqqında son çıxışlarında hər şeyi öz adı ilə adlandırıb.
"Yeri gəlmişkən, bu cür çıxışlar sübut edir ki, Azərbaycan Qərbin "oyununa" yaxşı bələddir və anlayır ki, Qərb ölkəni öz məqsədlərində istifadə etmək istəyir. Lakin Azərbaycan özgə oyununda əlaltı olmaq niyyətində deyil və hər şeydən əvvəl öz maraqlarını qoruyur", - deyə rusiyalı politoloq əlavə edib.
Aleksandrovun fikrincə, Qərb "insan haqları", "söz azadlığı" bəyanatlarının fayda vermədiyini anlayıb. "Buna görə qərbyönlü müxalifəti dəstəkləyərək Azərbaycanı inqilablarla qorxudur. Lakin ölkə hakimiyyəti bu ehtiyatsız və kobud əməllərin cavabını layiqincə verdi".
Tural




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib
11.08.2020
Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik
11.08.2020
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
3 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
4 Turizm Agentliyi sahibkarlara müraciət edib
5 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info