Gənc aktyorlarımız “Artmiqrasiya 2015”-də ölkəmizi təmsil ediblər
Tarix: 21.09.2015 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyorları Günel Məmmədova və Eşqin Quliyev Moskvada keçirilmiş “Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda iştirak ediblər.
Rusiya Teatr Xadimləri İttifaqı tərəfindən təşkil olunmuş festival – foruma Rusiyanın müxtəlif şəhərlərindən qatılmaq üçün 70-dən artıq ərizə qəbul olsa da, ekspertlər forum proqramına yalnız 5 tamaşanın nümayişini daxil ediblər.
Kventin Tarantinonun ssenarisi əsasında hazırlanmış “Бешеные псы”, Vasili Siqarevin “Гупешка”, Saşa Sokolovun “Школа для дураков”, Karl Qotsinin “Ворон”, Venedikt Erofeyevin “Mосква – петушки” tamaşaları forum çərçivəsində gənc teatr mütəxəssislərinə nümayiş etdirilib. Forum zamanı göstərilən hər tamaşadan sonra Rusiyanın müxtəlif şəhərlərindən olan peşəkar teatr tənqidçiləri səhnə əsərləri barədə geniş müzakirələr aparıblar.
Forum çərçivəsində gənc aktyorlara aktyor, rejissor, pedaqoq və professor Qitis Padeqimas (Litva) tərəfindən master-klasslar keçirib, bundan başqa gənc aktyorlar “Remote Moscow” adlı layihədə iştirak ediblər. Yeni formatda olan layihə özündə tamaşa, ekskursiya, musiqi və komputer oyunlarını birləşdirib. Daha sonra iştirakçılar sözegdən layihənin yaradıcıları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Sonda bütün mərasim iştirakçılarına Aleksandr Başlaçevin parlaq həyatından bəhs edən “Сашбаш – Свердловск – Ленинград и назад” adlı tamaşa göstərilib.
Məlumat üçün bildirək ki, festival – forum yaradıcı gəncləri stimullaşdırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə iştiraklarını təmin etmək məqsədi daşıyır.

Teatrın mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info